1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə111/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   107   108   109   110   111   112   113   114   115
felsefeimtahansualları

Mənəvi mədəniyyətə isə, hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin istehsal prosesinə tətbiqi səviyyəsi, təhsillilik və maarif, tərbiyə, incəsənət, tibbi xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normaları, adətlər, ənənələr, adamların təlabatı və mənafelərin inkişaf səviyyəsi və s. daxildir.
«Sivilizasiya» latınca civilis sözündəndir, «vətəndaşlıq», «dövləti» mənalarını verir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. Təsadüfi deyildir ki, bir sıra tədqiqatçılar cəmiyyətin ümumdünya tarixi inkişaf prosesini bildirmək üçün «sivilizasiya» anlayışını işlətmişlər. «Ailənin, xüsusi mülkiyyətin və dövləti mənşəyi» adlı əsərində F.Engels Morqanla birlikdə bəşər tarixinin vəhşilik, barbarlıq və sivilizasiya dövrlərindən ibarət olduğunu qeyd etmişdir.
Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiya ən çox mədəniyyətlə eyniləşdirilir. E.Taylor öz tədqiqatlarında belə də yazmışdır: «Mədəniyyət və yaxud sivilizasiya». Lakin O, eyni zamanda bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın ikinci əlaməti – mədəniyyətin mənimsənilməsi üsulu – ədəbiyyatda çox az işlənmişdir. Praktika sübut edir ki, bu əlamət olduqca vacibdir. Çünki bəşər tarixi bir daha göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir–birindən fərqləndiririk.
Sivilizasiya tərəqqinin ali nümunələrinə uyğun səviyyə və nəticələrini göstərirsə, mədəniyyət daha çox bu nailiyyətlərin mənimsənilməsi mexanizmini, üsul və metodlarını ifadə edir.

Bir çox tədqiqatçılar mədəniyyətlə sivilizasiyanı eyniləşdirməyə, digərləri isə əksinə, onları qarşı-qarşıya qoymağa çalışırlar. Bu ikincilər mədəniyyət deyərkən mə'nəvi mədəniyyəti, sivilizasiya deyərkən isə maddi mədəniyyəti nəzərdə tuturlar. Əslində isə mədəniyyət və sivilizasiya biri-digərinə nə qədər yaxın anlayışlar olsalar da, onları fərqləndirən cəhətlər də vardır.



Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin