1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə114/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   107   108   109   110   111   112   113   114   115
felsefeimtahansualları

a)“Nüvə müharibəsi”. Nüvə müharibəsinin başlanması bütövlükdə bəşəriyyəti və Yerin biosferini məhv edə bilər. Müasir hərbi ssenarilərlə müqayisədə çox kiçik görsənən Çernobl fəlakəti mümkün müharibənin dəhşətli nəticələri üçün əyani illütrasiya ola bilər. Bir sıra alimlərin hazırladığı “nüvə qışı” riyazi modeli bu proqnozları təsdiqləyir. Bütün müasir səlahiyyətli siyasətçilərə aydındır ki, atom silahından istifadə edilən müharibədə qalib ola bilməz. Lakin bu deilənlər heç də təhlükənin tam aradan qalxdığını göstərmir. Oxşar təhlükə hər hansı qeyri-hərbi məqsədlər üçün yaradılmış nüvə obyektlərində texnogen qəzalardan, yaxud nüvə silahının beynəlxalq nüvə terrorçularının əlinə keçməsindən də irəli gələ bilər.
b)“Şimal-Cənub” problemi. “Şimal-Cənub” problemi –zəngin və yoxsul ölkələr arasındakı uşurumun yaranması. Adətən “şimal” dedikdə zəngin, sosial problemlərin yüksək səviyyədə həllini tapdığı ölkələr(bu ölkələri bəzən “qızıl milyard” ölkələri də adlandırırlar), “cənub” dedikdə isə yoxsulluq, aclıq, savadsızlığın adi hal olduğu ölkələr nəzərdə tutulur. Bu problem əslində bir sıra digər qlobal problemlərin səbəbi kimi çıxış edir. Məsələn, qlobal terrorizm, müxtəlif xəstəlik və epidemiyaların yayılması və s.
2.Sosial-təbii qlobal problemlər.
a)Resursların tükənməsi. Bütövlükdə təbii resurslar iki böyük qrupa bölünür: bərpaolunan və bərpaolunmaz təbii resurslar. Lakin bu bölgü şərtidir. Məsələn, neft bərpaolunmaz resurs sayılır. Əslində bu bərpaolunmazlıq onun yaranma müddətinin həddən çox olması ilə bağlıdır. Yəni neftin yaranması milyon illərə başa gəlirsə, bu faktiki bərpaolunmazlıqdır. Digər tərəfdən bərpaolunan resurslar da tükənə bilər. Məsələn, amansız ovçuluq əslində bərpaolunan resurs hesab edilən bəzi heyvan növlərinin nəslinin kəsilməsinə səbəb olur.
Ümumiyyətlə resursların tükənməsi dedikdə bunlar başa düşülür: kənd təsərrüfatında texnoloji qaydaların pozulması torpağın erroziyasına gətirir; sənaye istehsalının genişlənməsi neft və qaz ehtiyatlarını kəskin azaldır; bəzi hesablamalara görə yaxın 20-30 ildə mis, gümüş, qızıl ehtiyatları tam tükənə bilər. Ekspertlər göstərirlər ki, son 50 ildə istehlak olunan mineral xammalın həcmi, bəşəriyyətin mövcudluğu boyu istehlak olunan xammalın həcminə bərabərdir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin