1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə16/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   12   13   14   15   16   17   18   19   ...   115
felsefeimtahansualları

Konfusi hesab edir ki, dünyada şərin müstəqil səbəbi yoxdur. Dünya özlüyündə şər deyil və ola bilməz. Çünki, o mütləq xeyir, ali, şəxssiz, panteist başlanğıc –Səma(Tyan) tərəfindən yaradılıb və daim onun nəzarətindədir. Səma fəzilətlərlə doldurulmuş nizamı (Li) bərqərar edir. Şər isə bu nizamın pozulmasından törəyir. Bu pozuntunu isə, Səmavi nizamı düzgün anlamayan insanlar pozur.
Şərin törəməməsi üçün, insan həyatının nizamlı və harmonik olması üçün Səmavi iradə və onun bərqərar etdiyi xeyir nizam dərk olunmalıdır. Biz bu nizamı görməli, sona qədər dərk etməli, sonra isə ona əməl etməliyik. Xoşbəxtliyi kənarda axtarmaq lazım deyil, o həmişə ətrafımızdadır. Ondan yalnız istifadə etmək lazımdır. Bizdən isə yalnız Səmanın təyin etdiyi xoş nizama riayət etmək, ona uyğun yaşamaq, onun prinsip və qaydalarına əməl etmək, onları heç zaman pozmamaq tələb olunur. O zaman insan xoşbəxt olur. Səmanın təyin etdiyi qaydalar isə bunlardır: alicənablıq (kuan), böyüklərə hörmət (di), övlad ehtiramı (syao), dosta vəfalılıq (İ), hökmdara sədaqət (çjun) və s. Əgər hər kəs öz bildiyi kimi yaşasa, o da xoşbəxt olar, cəmiyyət sabit həyat sürər.
3.Moizm məktəbinin banisi Mo Di, və yaxud Mo-tszı(m.ö. 468/478 -376/400) olmuşdur. Mo-tszının baxışları “Mo-tszı” adlı traktatda əksini tapmışdır. Bir çox aspektə moizm konfusiçiliyə əks ideyalarla çıxış etmişdir.
Mo-tszı üçün Səma (Tyan) hansısa reallıq olub hər şeyi görür və eşidir, hiss və arzulara malikdir. Nəyin xeyir, nəyinsə şər olmasını da Səma müəyyənləşdirir. Bu bölgünün meyarı özünəməxsus nümunə kimi çıxış edən Səmanın iradəsidir. “Geniş və təmmənasız”, “çox verib, az əvəz alan” Səmanın iradəsinə əsaslanan kamil və müdrik hökmdarlar sosial və əxlaq normalarını müəyyənləşdirirlər. Səma insanlar arasında qarşılıqlı məhəbbətin və qarşılıqlı faydanın nümunəsidir. Həqiqi nemətlərə can atan insan “səmavi nümunəyə” riayət etməlidir. Yalnız bu yolla o, lazımı nəticələr əldə edə bilər.
Səma iradəsini xeyir və şərin ayırıcı meyarı kimi qəbul edən Mo-tszı tale haqqında təsəvvürləri inkar etmişdir: Səma heç nəyi öncədən müəyyənləşdirmir, o yalnız insanların bir-birini sevməsini arzulayır. Taleyə boyun əyməyin heç bir mənası yoxdur və ədalətə ziddir. Çünki, bu halda insan müstəqil qərar qəbul etmək və lazım bildiyi kimi davranmaq imkanından məhrum olur.
Mo-tszı sosial-fəlsəfi ideyalarla da çıxış etmişdir. O hesab edir ki, xalqın iradəsi elə Səmanın iradəsidir. Çin filosoflarının böyük əksəriyyəti kimi Mo-tszı hökmdarların qəddarlığını sərt tənqid etmiş, dövlətin idarə edilməsində ədalətin gözlənilməsinə çağırmışdır. Onun “istedada sayğı” konsepsiyasına görəmənşəyindən asılı olmayaraq müdrik insanlar yüksək dövləti vəzifələrə təyin olunmalıdırlar. Yalnız ən müdrik hökmdarın taxta çıxması cəmiyyətdə xaos və qanunsuzluğa son qoya bilər.
Mo-tszının ən ümumi məhəbbət konsepsiyasından onun hər bir növ müharibə və münaqişələrə neqativ münasibəti irəli gəlir. Müharibə dövlətin ən vacib resurslarını məhv edir, şəhər və kəndləri dağıdır, ailələri başsız qoyur. Müharibə yalnız bir qrup insan üçün faydalı ola bilər. Xalqa isə o, həmişə bədbəxtlik və iztirab gətirir. Bununla belə, o öz torpaq və vətənini qorumaq üçün müharibəni məqbul saymışdır. Rəvayətlərə görə Mo-tszı çoxsaylı şagirdləri ilə düşmən təcavüzünə məruz qalan dövlətlərə kömək etmişdir. Qeyd edək ki, XIX-XX əsrlərdə moizmin əsas ideyalarına ciddi maraq müşahidə edilmişdir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin