1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


“Yol və kəramət məktəbi” –daosizm



Yüklə 340,51 Kb.
səhifə18/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   14   15   16   17   18   19   20   21   ...   115
felsefeimtahansualları

6. “Yol və kəramət məktəbi” –daosizm. Qədim Çin fəlsəfəsinin digər böyük nümayəndəsi Lao-tszı (m.ö. VI-V əsrlər) olmuşdur. Onun yaratdığı təlim daosizm adlanır. Daosizmin əsas prinsipləri ikisi birlikdə “Daodetszin” (“Yollar və fəzilətlər haqqında kitab”) adlandırılan “Daotszin” və “Detszin” traktatlarında əksini tapıb.
Daosizmin əsas anlayışları “Dao” və “De” –dir. “Dao” ikili mənaya malikdir:
1) insan və təbiətin öz inkişafında gedəcəyi yol, dünyanın mövcudluğunu təmin edəcək universal ümumdünyavi qanun;
2) energetik tutumlu boşluğu əks etdirən, dünyanın əsasında dayanan substansiya, ilkbaşlanğıc.
“De” yuxarıdan gələn firavanlıq; sayəsində ilkbaşlanğıc “Dao”nun ətraf dünyaya çevrildiyi energiya.
Daosizmin əsas ideyaları aşağıdakılardır:
1) Dünyada hər şey qarşılıqlı əlaqədədir, elə bir şey, elə bir hadisə yoxdur ki, digər şey və hadisələrlə əlaqədə olmasın;
2) Dünyanın əmələ gəldiyi materiya birdir, yeganədir; təbiətdə materiyanın dövranı mövcuddur (“hər şey torpaqdan yaranır, torpağa qayıdır”), daha doğrusu, bugünkü insan dünən kainatda mövcud olan digər formalarda –daş, ağac, heyvanların hissələri və s. –mövcud olmuşdur, öldükdən sonra insanın əmələ gəldiyi şeylər təbiətin digər şey və hadisələri, və yaxud, həyatın digər formaları üçün “tikinti materialına” çevrilir;
3) Dünyanın nizamı, təbiətin qanunları, tarixin gedişatı sarsılmazdır və insanın iradəsindən asılı deyil, deməli insan həyatının əsas prinsipi dinclik və fəaliyyətsizlikdir (u-vey)
4) imperatorun şəxsiyyəti müqəddəsdir, yalnız imperator Tanrı və ilahi qüvvələrlə mənəvi əlaqədədir; imperatorun vasitəsilə “De” firavanlıq və həyatverici qüvvə olaraq Çinə və bəşəriyyətə enir; insan imperatora nə qədər yaxındırsa, “De” imperatordan ona bir o qədər çox keçir;
5) “Dao”nu dərk etmək və “De” qazanmaq daosizm bütün qanunlarına tam riayətdən keçir, “Dao” ilə qovuşmaq imperatora itaətkarlıq və ona yaxın olmaqdan keçir;
6) xoşbəxtliyə gedən yol arzu və ehtiraslardan azad olmaq –həqiqəti dərketməkdən keçir;
7) bir –birinə hər şeydə güzəştə getmək.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin