1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə15/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   11   12   13   14   15   16   17   18   ...   115
felsefeimtahansualları

1.“İn və yanməktəbi –naturfəlsəfə. Bu məktəb nümayəndələrinin heç bir əsəri dövrümüzə gəlib çatmayıb. Əsas ideyalar qismən “Şi tszin”, “İ tszin” kitablarında əksini tapıb. Məktəbin bütövlükdə ənənəvi Çin mədəniyyətinə təsir göstərmiş əsas ideyasına görə dünyada bir-biri ilə mübarizə aparan iki zidd başlanğıc –in və yan (qaranlıq və işıq, qadın və kişi, aşağı və yuxarı, yer və səma, yumşaq və bərk) mövcuddur. Digər ideya isə beş ünsür –su, od, metal, ağac, torpaq bir-biri ilə qarşılıqlı təsirdədirlər. M.ö. I minilliyin ikinci yarısına qədər bu ideyalar dağınıq şəkildə mövcud olmuş, sonradan məktəbin yeganə nəhəng nümayəndəsi Tszou Yanya (m.ö.IV-III əsrlər) tərəfindən ümumi doktrinada təfsir edilmişdir. O, “beş ünsür” konsepsiyasını tarixi prosesin təfsirinə tətbiq etmişdir.
Sonrakı dövrlərdə in və yan məktəbinin inkişafı daosizm və konfusiçiliklə bağlı olmuşdur.
2.Konfusiçilik. Qədim Çin fəlsəfəsinin ən qədim məktəblərindən biri olub, ilk növbədə insanı sosial həyatın iştirakçısı kimi tədqiq edir. Konfusiçiliyin banisi Konfusi(təq. m.ö. 551-479) olub. Təlimini şifahi yaysa da, baxışları şagirdləri tərəfindən qələmə alınmış “Lun Yuy” (“Söhbətlər və mühakimələr”) traktatında əksini tapıb.
Əksər filosoflar kimi, Konfusini də şərin mənbəyi düşündürmüşdür. Lakin, əgər buddizmdə ayrıca insanın iztirabları və bu iztirabları aradan qaldırılma vasitələri haqqında söhbət açılırsa, konfusilikdə isə cəmiyyətin məruz qaldığı soial şər və bədbəxtliklərə diqqət yönəldilir. Çünki, əgər cəmiyyət içərisindədirsə, deməli onun hər bir nümayəndəsi əziyyət çəkir. Və əksinə, cəmiyyət inkişaf və çiçəklənmədədirsə, onda hər bir insan da rifah içərisində yaşayır.
Konfusiçiliyin cavab axtardığı suallar belədir: Sosial bədbəxtliklərin səbəbi nədir? Hökmdarlar nə üçün xalqı incidir, bəs xalqlar nə üçün öz hökmdarlarına qarşı çıxırlar? Nə üçün valideynlər bəzən öz uşaqlarının qayğısına qalmır, uşaqlar isə valideynlərinə hörmət etmirlər? Nəsillər arasındakı münaqişələr nədən törəyir?
Nə üçün dünyada qəddarlıq, yalan və düşmənçilik geniş yayılır? Və ən əsası: bu müsibətlərdən necə qurtulmalı və insanların birgəyaşayışını hansı yollarla harmonik və xoşbəxt etməli?

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin