1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Fəlsəfənin əsas məsələsi və onun iki tərəfi



Yüklə 340,51 Kb.
səhifə4/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   2   3   4   5   6   7   8   9   ...   115
felsefeimtahansualları

3.Fəlsəfənin əsas məsələsi və onun iki tərəfi
Fəlsəfənin əsas məsələsini klassik şəkildə ilk dəfə formula etməyə çalışan alman filosofu Hegel olmuşdur. Onun nəzərincə, fəlsəfə, şüurla, varlıq arasındakı əksliyi həll edir. Digər alman filosofu Feyerbaxın fikrincə, fəlsəfənin bütün inkişaf tarixi, mə`nəvi olanın, maddi olana münasibəti məsələsi ətrafında cərəyan edir. Onlardan fərqli olaraq F.Engels təfəkkürün varlığa, ruhun təbiətə münasibətini hər bir fəlsəfənin əsas məsələsi kimi müəyyən etmişdir. Demək olar ki, bu məsələnin həlli müxtəlif fəlsəfi dünyagörüşlərin xarakterini müəyyən etməkdə başlıca rol oynamışdır.
Həmin məsələnin ənənvi olaraq iki tərəfi vardır: ontoloci və qnoseoloci. Dünyanın mahiyyəti, varlığın təbiəti haqqında tə`lim olan ontologiyaya görə, mə`nəvini maddinin məhsulu hesab edən, materiyanı, təbiəti, ilkin başlanğıc kimi qə¬bul edən filosoflar materialist (maddi, əşyavi olan), ideyanı, şüuru, ruhu, birinci, maddi olanı isə ondan törəmə hesab edən filosoflar idealist (fikir, təsəvvür) adlandırılmışlar. Radikal əks olan bu cərəyanların yaranması yalnız, nəzəri səbəblərlə deyil, həm də cəmiyyətdə baş verən müəyyən sosial-iqtisadi, siyasi amillərlə bağlı olmuşdur. Bu fəlsəfi cərəyanlardan hər biri müxtəlif növlərdə, formalarda təzahür etmişlər. Məsələn, qədim dövrün sadəlövh materializmi, XVI-XVIII əsrlərin mexaniki-metafizik mate-rializmi, dialektik və tarixi materializm fəlsəfi materializmin əsas formaları hesab olunur.
İdealizmin isə obyektiv idealizm və subyektiv idealizm kimi iki növü mə`lumdur. Obyektiv idealistlər (Platon, Hegel) insan şüurundan kənarda ondan asılı olmadan mövcud olan və ondan əvvəl gələn "mütləq ideyanı", "mütləq ruhu" bütün mövcudatın yaradıcısı - demiurğu hesab etmişlər. Konkret predmetlərə və hadisələrə onların rəmzi, təcəssümü kimi baxmışlar. Fəlsəfədə "mütləq ideya" mahiyyətcə Alla¬hın fəlsəfi təxəllüsüdür.
Subyektiv idealistlər (C.Berkli, E.Max, R.Avenarius və b.) isə hiss üzvləri ilə dərk edilən predmetləri fərdi insan duygularına aid edirlər. Onların fikrincə, görünən, duyulan predmetlər insanların hissi qavrayışlarından kənarda mövcud olmayıb, duyğuların, təsəvvürlərin bir növ kombinasiyası, kompleksidir. Deməli, hər bir cisim, predmet və hadisə insanın duyğularından, hissi qavrayışından hasil edilir. İngilis filosofu C.Berklinin nəzərincə, mövcud olmaq elə qavranılmaq deməkdir. Eyni zamanda subyektiv idealizm insan hissindən yüksək, təbiətin fövqündə duran ilkin başlanğıcın olduğunu, yə`ni Allahın mövcudluğunu qəbul edir. Duyğuları Allahın iradəsini bizə çatdıran işarə, nişanə sayır. Fəlsəfi fikir tarixində aləmin əsasında iki başlanğıcı, maddi və mə`nəvi substansiyaları qəbul edən dualist (latınca-ikili) fəlsəfi sistem də mövcuddur. Onun klassik nümayəndəsi fransız filosofu R.Dekart (XVII əsr) şüuru, materiya ilə birlikdə ilkin başlanğıc kimi götürmüşdür


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin