1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə10/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   6   7   8   9   10   11   12   13   ...   84
????AZƏRBAYCAN DİLİ

Ritorika və etika.
Etika fəlsəfi termin olub, yunanca etos əxlaq, xarakter. Adət deməkdir.¹ Natiq nitqində etik problemlərin hamısına əməl etməlidir. Xüsusilə sözseçimi ritorun ən başlıca vəzifəsidir. Ritor çıxış etdiyi bütün auditoriya qarşısında öz ləyaqətini saxlamaq üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, onun geyimi, xarici görkəmi, al-qolunu yerli yersiz, mənalı və mənasız qaldırıb salması onun nüfuzunu müəyyən edir. Ritorun işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu sübut edər və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar sözlər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək səviyyədə banışırsa-danışsın, hansı hadisəni necə gözəl şərh edirsə etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mənasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiyyatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz olduğunu göstərmək üçün işlədilir. Müəllifin və ritorun dilində belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya - dinləyicilərə münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor arasında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik normalardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdirməməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qalstukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı natiq üzü tüklü, köynəy çirkli və yaxalığı əzik şəkildə, rəngləri müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, əlindəki kitabı, karandaşı, təbaşiri tez-tez ya stola çırpır, ya da göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz.


Ritorika və estetika.
Estetika termini də mənşəcə yunan dilinə aid olub - aisthetikos sözündəndir. Mənası hiss edilən, həssas deməkdir. XVII əsrdən başlayaraq müstəqil fəlsəfi anlayış kimi işlənməkdədir. XX əsrdə estetika sözü öz ilkin mənasından əlavə zövq, gözəllik, səliqəlilik kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi də işlənməkdədir ki, bu da istehsalatda səliqəlilik, dəqiqlik, hər şeyin öz yerində olmasını tələb edir. İnsanın estetik tərbiyəsi dedikdə isə onun xarici formasından tutmuş daxili aləminə qədər zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində isə estetika etika ilə vəhdətdə götürülür. Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur. Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin gözəlliklərini məharətlə dinləyiciyə çatdırmağı nəzərdə tutur. Estetika geniş mənada gözəllik aləmi deməkdir. Əgər, ritorun nitqi bütün cəhətlərdən gözəldirsə, deməli, estetik kateqoriyalar gözlənilmişdir.



Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin