1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə6/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   2   3   4   5   6   7   8   9   ...   84
????AZƏRBAYCAN DİLİ

6. Yunan natiqlik məktəbi
Ritorikanın tarixi e.a. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu hem sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır - sistemləşdirilir, elmi-nəzəri əsərler meydana gəlirdi. Bu əsərlərdə ritorika - natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi. Bu əsərlər sırasında ritorikanın elmi əsaslarını sistemləşdirən, onu nəzəri cəhətdən sabitləşdirən (e.ə. V əsr) Koraksın şagirdi Siciliyalı Gorqi idi. Amma əslində Yunanistanda ritorika VI-III əsrdə çiçəklənmə dövrü kçirən yunan ədəbiyyatı fonunda və onun təsiri ilə yaranırdı. Belə ki, Hesiodun «Zəhmətlər və günlər», Ezopun təmsilləri, Esxilin safoklan, Evripidin faciələri, lirik şeirləri, Aristofanın komediyaları, Herodotun Fukididin, Ksenofonrun tarixşünaslığa dair əsərləri, bəlağətli nitqin meydana gəlməsinə çox gömək edirdi. Bu dövrda teatr sənəti, memarlıq misli görünməmiş dərǝəcədə inkişaf edir və bu sahədə dünya mədəniyyəti inciləri yaranırdı. Bu dövrdə yunan fəlsəfəsi də formalaşmağa başlamışdı: Sokrat (469-399), Əflatun (430/427 347), Aristotel (384-322) bir-birinin şagirdi olaraq dünya fəlsəfi humanitar elmlərin incilərini yaradırdılar. Bu vaxtlar yaranan ritorika həm incəsənət, həm də elm kimi diqqəti cəlb edirdi. Sirakuza, Attika, Afina kimi şəhərlərdə ritorika təlimi olduğu üçün bu şəhərlərdə bəlğətli nitqə dair əsərlər də yaranırdı.Burada ritorika kursları 14 il (7 yaşından 21 yaşınadək) davam edirdi. Belə məktəblərdə fəlsəfə, məntiq, ədəbiyyat, dil, riyaziyyat keçilsə də, ritorika aparıcı mövqedə dururdu. Bu fənlərə aid dərslikləri elmi əsərləri də həmin fənləri tədris edənlər yazırdı. Bu dövrdəki Ellin ənənəsi ritorikanı söz ustalığı ilə inandırmaq elmi hesab edirdi. Ellin nənəsinə görə ritorikanın 3 əsası vardır: Əxlaqlılıq, müdriklik və artistlik. Bundan sonra savadlılıq ritorun əsas əlaməti hesab edilirdi. Qədim və ya kanonik (kanon yunanca kanon sözündən olub, norma, qayda-normalar və qaydalar məcmusu deməkdir) ritorikanı 5 əsas hissəyə, mərhələyə bölürdülər.¹ 1) invensiya (latinca inventio ixtiraetmək, fikirləşib tapmaq) fikirlrin ixtirası, başqa sözlə nitqin mövzusu və ya nitq məzmununu düşünüb tapmaq. 2) Dispozisiya və ya kompozisiya (latın dilində yerləşmə deməkdir). Dispozisiya çıxışın mətnindən və xarakterindən, nitq janrından asılı olaraq əsas müddəaları yerləşdirə bilməkdir. Axı bir çıxışda bir neçə müddəa olur. Onların hansını öncə, hansını sonra deyə düzə bilmək (yerləşdirmək) nitqin uğurlu alınmasının əsas şərtlərindəndir. 3) Elokusayya - latın dilində elequeniya sözündəndir. Rus dilində termin bela. adlanır. Əslində isə Elovensiya adlandmalıdır. Sözün mənası nitqi bəzəmək deməkdir. Buraya dil vasitələrinin seçilməsi, poetik fikirlərin pafosla çatdırılması nəzərdə tutulur. 4) Memoria latinca memorya - yaddaş deməkdir. Bu söz indi xatirə mənasında da işlənir (memuar, memorial lövhə və s.) - Memoriya tələb edir ki, ritor çıxışdan əvvəl həmin mətni bir neçə dəfə xatırlamalı, fikrindən keçirməlidir. 5) Aksiya və ya icra. Çıxışın özü, danışdığın dili yüksək səviyyədə bilməklə, şifahi nitqin ustalıqla ifadəsi, özünə nəzarət. Yunan alimləri haqlı olaraq belə hesab edirdilər ki, hansı növ olursa, olsun nitq üç mühüm - ayrılmaz tərkib hissədən ibarət olmalıdır: etos, pafos, loqos. Onlar çox vaxt məhkəmə prosesini etos hesab edirdilər ki. Afinada təşkil edilən bu açıq prosesdə açıq dialoji olmalı, həqiqət qalib gəlməli idi. Pafos həqiqəti üzə çixarma, tərəflərin münasibətini
aydınlaşdırma idi. Kim dolu pafosla danışsa, o haqlı ola bilər. Loqos hər şeyi dillə dəqiq şəkildə ifadə etmək kimin dili zəngin olsa, o dövlət qalib gələb bilər. Qədim yunan alimi Aristotel öz müəllimləri Əflatun və Sokrati qabaqlayaraq ritorikanın bütöv fundamental elmi sistemini yaratmışdı. Onun «Metafizika», «Məntiq, «Siyasət>>, <
>, < əsərləri insan idrakının yüksək pilləsinə qalxa blmişdi. Müasir elm hələ Aristotelin elmi idrakının məhsulu olan bu əsərlərdən çox bəhrələnə biləcəkdir. Yunan mədəniyyətindən, yunan natiqlik sənətindən danışarkən Aristotelin yaşıdı, görkəmli siyasi xadim və ritor Demosfenin (e.ə. 384-322) adını çəkməmək olmaz. Demosfen ritorikanın elmi problemlərində Aristotel səviyyəsinə qalxa bilməmişdir. Aristotel ilə bir ildə anadan olub, eyni ildə vəfat edən Demosfen ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi müasirinin gölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti və ritorikası tarixinə əbədi həkk edə bilmişdi. Demosfenin düzgün tələffüz və lazımsız əl-qol hərəkətini aradan qaldırmaq üçün kəşf etdiyi xüsusi üsullar indi də əhəmiyyətini itirməmişdir. Demosfen siyasi xadim olaraq anti Makedoniya hərəkatına rəhbərlik etmiş, ölkəsi Makedoniyalılar tərəfindən işğal olunduqdan sonra zəhərlənib ölmüşdür.

Basqa material


Ümumiyyətlə, yunan natiqlik məktəbinin bir çox nümayəndələrindən Antifont, Andokit, Lisi, İsey, İsokrat, Demosfen, Hiperid, Likurq, Esxin, Dinarx və başqalarının əsərləri böyük maraq doğurur. Yunan natiqlik məktəbinin nümayəndələri haqqında dolğun məlumat verən dilşünas Kamil Əliyev onların həyat və yaradıcılığını geniş işıqlandırmağa nail olmuşdur. Adları qeyd olunan nümayəndələrlə yanaşı Aristotelin natiqlik sənətinin nəzəri əsaslarını elmi surətdə əlaqələndirən məşhur «Ritorika» əsəri böyük maraq doğurur.
Tisi və Koraksı «Ritorika» nın ilk müəllifləri olmuşlar. Afinaya isə «Ritorika» nı Koraksıdan dərs almış Qorki gətirmişdir. Daha sonralar «Ritorika» yazmaq, onu dərslik kimi istifadə etmək geniş vüsət almışdır. İstər Yunanıstanda, istərsə də Romada yazılan «Ritorika» lar içərisində Aristotelin, Siseronun, Kvintillianın əsərləri daha çox şöhrət qazanmışdır.
Hələ müəllimi Platon sağ olarkən natiqlik sənətindən dərs deyən Aristotel şagirdlərə mühazirənin mətnlərini köçürməyi tövsiyə edirdi. Platon öləndən sonra Aristotel Afinanı tərk edir. Bir müddət Filippin oğlu Aleksandra dərs deyir. Müəlliminin mühazirələrilə yanaşı, öz nəzəri biliyini də mühazirəyə əlavə edir. Az vaxtda Aristotel yenidən Afinaya qayıdır və oxuduğu mühazirələrin mətnlərini bir yerə toplayıb onları təkmilləşdirir. Natiqlik sənətinə yeni bir «Ritorika» qədəm qoyur. Aristotelin yazdığı «Ritorika» digərlərindən onunla fərqlənirdi ki, bu əsərdə ilk dəfə olaraq dil, üslub, nitq haqqında yeni və orijinal fikirlər söylənilirdi. Burada
  • nitqin tərtibi,


  • natiq üçün lazım olan şəxsi keyfiyyətlər,


  • nitq texnikası, tətbiq olunan vasitələr və s. kitabın əsas məziyyətlərindən biri idi.




Kitab üç hissədən ibarətdir. Birinci hissə dildən, ikinci hissə üslubdan, üçüncü hissə nitqdən bəhs edir. Burada üsluba daha çox fikir verən müəllif üslubu nitqin predmetinə uyğun qurmağı tövsiyə edirdi. Üslubun isə əsas xüsusiyyəti onun aydın olması ilə bağlıdır.
Müəllif aydınlığı, təbii və səlis danışmağı, inandırmanı nitq üçün əsas amil hesab edirdi. Aristotel natiqlik sənətinin beş əsas prinsipini xüsusi olaraq qeyd edirdi:
  • Materialın toplanması və hazırlanması;


  • Plan tutulması, materialın məzmun və formaya uyğun tərtib edilməsi. Sübut və faktlardan düzgün istifadə olunması;


  • Materialın yadda saxlanması və ardıcıllığın gözlənilməsi;


  • Nitqdə şifahi şərhin, üslubi çalarlığın gözlənilməsi;


  • Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrindən düzgün istifadə olunması.




Tarixin amansızlığına düçar olan Yunanıstan öz siyasi azadlığını itirməklə bərabər, natiqlik sənətini də yavaş-yavaş itirməyə başlayır. Beləliklə, Avropanın başqa bir ölkəsi estafeti ələ alıb, natiqlik sənətini uğurla davam etdirir. Qədim və ulu dünyanın başqa bir ölkəsi, Roma bu ağırlığı öz çiyinləri üzərinə alır.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin