12. Ritorikanın ədəbiyyatla əlaqəsi Ritor əslində danışdığı dildə yaranmış olan ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcəhətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsu silə əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq üçün natiqdən - ritordan bu sahəni yaxşı bilmək tələb olunur. İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün kimi, dinləyicini də razı sala bilməzsən. Nəsr və dram əsərlərinin xüsusiyyətlərini də dərindən mənimsəmək lazımdır. Nağil ilə oçerki eyni tonda, eyni ahəngdə oxumaq olmaz. Eləcə də drama tik əsərlə komik əsəri eyni formada oxumaq natiq üçün qüsurdur.
Ritorika və üslubiyyat.Dilin üslublarının hamısının ən yüksək zirvəsində ritorika
dayanır.
13. Ritorikanın siyasi elmlərlə əlaqəsi Ritorika və üslubiyyat Dilin üslublarının hamısının ən yüksək zirvəsində üslubi ritorika dayanır. Buna görə də ritorikanın digər növləri arasında üslubiyyatın rolu xüsusi ilə danılmazdır. Ritorika və tarix Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək olmaz. Bunlar nə qədər yaxın olsalar da bir-birinin eyni deyil. Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini yaxşı bilməsi nəzərdə tutulur. Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi bacarmalıdır. Əgər, ritor tarixi hadisələri – onların səbəblərini, gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olmayacaq. İnamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini gö-
türək, neçə il bundan əvvəl natiqlər bolşevik platformasından yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqımızın milli müstəqilliyimizin, azadlığımızın əlimizdən alınması kimi danışmaq lazım gəlir. Bu hadisəni yüksək pafosla, zövq və şövqlə nəql etmək olarmı? Şübhəsiz, bu zaman təəssüf hissi ilə, aramla, astadan, pauzalarla danışmalı olacaqdır.