Ritorika va fiziologiya.
Məlumdur ki, şifahi nitq səsli dildir. Burada səsin böyük rolu vardır. Ritorun səs telləri (bütövlükdə səs cihazı) sağlam olmalıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəltək olan natiq heç bir uğur qazana bilməz. Fizioloji qüsur olaraq kəkələmək də nitqin eybəcərliyinə gətirib çıxarır. Danışıq səslərinin düzgün tələffüzü, orfoepiya qaydalarına riayət etmək nitqi gözəlləşdirən amillərdən biridir. Bəzən elə adamlara rast gəlmək olur ki, nitq axını prosesində sanki ilişmələr baş verir. Buna görə də istər-istəməz danışanın nitqi qırılır. Bu, həm onun özünə, həm də dinləyiciyə pis təsir edir. Nitqin fizioloji qüsurlarını aradan qaldırmaq üçün Loqopediya adlanan elm sahəsi mövcuddur (loqos yunanca söz, pediya - təlim deməkdir). Əgər nitqi qüsurlu uşağın eşitmə qabiliyyəti varsa, onun nitq qüsurlarını aradan qaldırmaq mümkündür. Eşitmə qabiliyyəti də nitqin bəlağətli alınmasında əhəmiyyətli rol oynayır. Əgər, ritorun özü zəif eşidirsə, o, qışqıra-qışqıra danışacaq. Onda bəlağətli nitqin keyfiyyətlərindən biri aradan çıxmış olacaqdır. Belə nitqə heç kəs qulaq asmaz.
Ritorika və məntiq.
Məntiq sözü ərəbcə nitq sözündəndir. Ritorun nitqinin effekti onun məntiqiliyindən asılıdır. Ritor öz nitqini elə qurmlıdır ki, məntiqin heç bir qanunu pozulmasın. Məntiqin dillə əlaqəsi o qədər möhkəmdir ki, XIX əsrdə Avropa dilçiliyində məntiqizm cərəyanı yaranmışdı.. Onlar dil qanunlarını məntiqlə eyniləşdirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın məntiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslanmayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Başqa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləşməsi (qarpız kababı, günəş küftəsi və s.) və cümlə (Sumqayıt günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv gerçəkliyi əks etdirmir. Yəni məntiqi cəhətdən düzgün deyil, insan təfəkkürünə sığmır.Hər bir ritor məntiqi cəhətdən cümləsini düzgün qurmalı olduğu kimi, sübutlardan faktlardan düzgün və yerində istifadə edə bilməlidir. Onun mülahizə və mühakimələri düzgün və konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır. Ritor məntiqi sillogizmlərdən öz nitqində geniş istifadə edə bilməli, onları dinləyiciyə çtdırmağı bacarmalıdır. Habelə hökmün silloqistik ifadələrindən düzgün istifadə edə bilməlidir.Artıq sözlər küfrə dönər, məsələni gəl qutar. Bir qədim rəvayət də bu haqda dəyərli material kimi verilir.
Orada deyilir: Bir nəfər öz dostu - hökmdarın evinə qonaq gedəndə həmişə böyük təntənə ilə qarşılanırmış. Bir dəfə də dostu gilə gedəndə onu heç kəs qarşılamır. İçəri ginib bunun səbəbini soruşduqda dostunun arvadı deyir: Ərimin sizi təntənə ilə qarşılamamağının düz 86 səbəbi var. Qoy onları sayım:
Birinci ərim artıq ölmüşdür.
Dostu təəssüflə deyir:
- Daha 85 səbəb lazım deyil. Əgər müəllim ən yaxşı ritor olsa belə, «isim» bəhsini keçəndə bütün adları sadalasa, üç günə qurtarmaz. Onda ona heç kəs
qulaq asmaz.
Dostları ilə paylaş: |