1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə22/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
????AZƏRBAYCAN DİLİ

20. Yazılı ədəbi dilin tələbləri
Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir. Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil, başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir. Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən XIII əsrdən başlayır. Həmin dövrdən Azərbaycan ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii dil nümunələri meydana çıxmışdır. Bu dilzaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır. Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir:
-şifahi ədəbi dil danışılır və eşidilir, lakin yazılı ədəbi dil isə yazılır və oxunur. -şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə daha çox yerverilir. Lakin yazılı ədəbi dildə elmi, texniki, siyasi və digər terminlər çox olur .şifahi ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur, lakin yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə olunur.şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mühafizə olunaraq yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağlayıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer verilir. Buna görə də yazılı dildə sintaksis mürəkkəb olur.şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə bunların əvəzində, imkan daxilində, işarələr işlədilir. şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mimika, jestlər və hərəkətlərdən də istifadə olunur. Aydın məsələdir ki, yazı bu əlavə vasitələrdən məhrumdur. Ona görə yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir. şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən-nəslə keçməsində əsas rol oynayır. Məsələn, XVI əsrin böyük şairi Füzulinin məşhur əsərləri bizə ancaq yazının köməyi ilə gəlib çatmışdır. şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq “şifahi dillə yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır”.Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir. Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin