19. Ədəbi dil və onun iki forması Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı
Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur.
Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.
Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili.
Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qədəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radionun, televizorun, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir.
Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir.
Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil, başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.
Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir.
Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir.
Basqa material Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və teatrlarda, radio və televizorda, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir. Hər bir ədəbi dil həm şifahi, həm də yazılı formalara, eyni zamanda zəngin üslubi rəngarəngliyə malik olur. Ədəbi dilin hamı üçün aydın və ümumi olması onun əsas əlamətlərini təşkil edir.Ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyətin mədəni tələbatı əsasında və müəyyən zərurət nəticəsində şifahi yolla yaranır.Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi formada təşəkkül tapmağa başlamışdır. Ədəbi dilimiz formalaşmağa başladığı dövrdən ümumxalq dilinin mövcud vasitə və materiallarına əsaslanmış, onların müəyyən hissəsini seçib qəbul etmişdir. Bu zaman ümumxalq dilinin ancaq bir sahəsi deyil, onun bütün quruluşu, yəni səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu nəzərə alınmış və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə əməliyyatı, təxminən, aşağıdakı formalarda olmuşdur:
1) ümumxalq dilinin səs sistemindəki fonemlərdən, eləcə də fonetik qayda və hadisələrdən daha ümumi və səciyyəvi olanları götürülmüşdür;
2) ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümumi olan, aydın mənalı, mədəni səciyyəli, sözlər seçilib qəbul edilmişdir;
3) qrammatik quruluşdan isə müxtəlif variantlı şəkilçilər və digər qrammatik qanunlar üzərində seçmə əməliyyatı aparılmışdır. Bütünbunlarla bərabər, ədəbi dilin formalaşmasında ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəyyən dialekti əsasında yaranıb inkişaf edir.Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələrindən də istifadə edir. Məhz Azərbaycan ədəbi dili də belə bir tarixi proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialektin eyni deyildir. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir.Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və ədəbi normalara malikdir. Normativlik ədəbi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir.Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; məsələn: 1) fonetik normalar; 2) orfoepik normalar; 3) orfoqrafik normalar; 4) qrammatik normalar; 5) üslubi normalar; 6) semantik normalar; 7) leksik normalar. Nümunə üçün bunlardan leksik normaların tələbinə nəzər salaq. Ədəbi dilin leksik normalarına kobud, loru və söyüş xarakterli sözləri ədəbi dildə işlətmək olmaz. Müasir leksik normalara əsasən çətin ərəb və fars sözləri dilimizdə işlənmir.Yuxarıda qeyd olunan normalardan hər birinin özünəməxsus çoxlu qaydaları vardır.Ədəbi dilin normaları daimi deyildir. Bunlar dilin inkişafı ilə bağlı olaraq zaman keçdikcə təkmilləşir, dəyişir və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır. Yeni tələblər əsasında yaranan zəruri normalar isə dilə daxil olur. Hər bir yeni ədəbi norma xalqın ruhuna uyğun yaradılır. Bu prinsipə müvafiq düzəlməmiş normalar dildə yaşaya bilmir və tez sıradan çıxır.
Ədəbi dilin orfoqrafik normaları dövlət tərəfindən təsdiq olunur. Digər normalara da ictimaiyyət tərəfindən riayət edilir. Bunların qanuniləşməsinə xüsusi fikir verilir. Ədəbi dil normalarının sabitləşməsində və möhkəmlənməsində digər idarə və müəssisələrlə yanaşı, ali məktəblərin də xüsusi rolu vardır. Buna görə də ədəbi dilin təmizliyi və inkişafı üçün ali məktəblərdə ədəbi normalara düzgün riayət etmək, onun sabitliyi uğrunda müntəzəm olaraq mübarizə aparmaq lazımdır. Müasir Azərbaycan ədəbi dilinin formaları Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı
1. Şifahi ədəbi dil.Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur.Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili.Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qədəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radionun, televizorun, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir.
2. Yazılı ədəbi dil. Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir.Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil, başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən XIII əsrdən başlayır. Həmin dövrdən Azərbaycan ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii dil nümunələri meydana çıxmışdır. Bu dilzaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır. Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir:
1) şifahi ədəbi dil danışılır və eşidilir, lakin yazılı ədəbi dil isə yazılır və oxunur.
2) şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə daha çox yer verilir. Lakin yazılı ədəbi dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.
3) şifahi ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur, lakin yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə olunur.
4) şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mühafizə olunaraq yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağlayıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer verilir. Buna görə də yazılı dildə sintaksis mürəkkəb olur.
5) şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə bunların əvəzində, imkan daxilində, işarələr işlədilir.
6) şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mimika, jestlər vəhərəkətlərdən də istifadə olunur. Aydın məsələdir ki, yazı bu əlavə vasitələrdən məhrumdur. Ona görə yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir.
7) şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən-nəslə keçməsində əsas roloynayır. Məsələn, XVI əsrin böyük şairi Füzulinin məşhur əsərləri bizə ancaq yazının köməyi ilə gəlib çatmışdır.
8) şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq ―şifahi dillə yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır‖.Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir.Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir.