3.Ritorika. Ritorikanın tarixii
Çox vaxt ritorika (balağətli nitq) ila nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika - yunanca natiqlik sənəti haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr - bədii oxuma sənəti mənasında işlənmişdir. Qədim yunan və Roma natiqləri S.Çiseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşğı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi. Bu qadim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər уığını,hay-küу mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz. RİTORİKANIN QISA TARİXİ A. Yunanıstanda ritorika. Ritorikanın tarixi e.a. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəriproblemləri də hazırlanır - sistemləşdirilir, elmi-nəzəri əsərler meydana gəlirdi. Bu əsərlərdə ritorika - natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi. Bu əsərlər sırasında ritorikanın elmi əsaslarını sistemləşdirən, onu nəzəri cəhətdən sabitləşdirən (e.ə. V əsr) Koraksın şagirdi Siciliyalı Gorqi idi. Amma əslində Yunanistanda ritorika VI-III əsrdə çiçəklənmə dövrü kçirən yunan ədəbiyyatı fonunda və onun təsiri ilə yaranırdı. Belə ki, Hesiodun «Zəhmətlər və günlər», Ezopun təmsilləri, Esxilin safoklan, Evripidin faciələri, lirik şeirləri, Aristofanın komediyaları, Herodotun Fukididin, Ksenofonrun tarixşünaslığa dair əsərləri, bəlağətli nitqin meydana gəlməsinə çox gömək edirdi. Bu dövrda teatr sənəti, memarlıq misli görünməmiş dərǝəcədə inkişaf edir və bu sahədə dünya mədəniyyəti inciləri yaranırdı. Bu dövrdə yunan fəlsəfəsi də formalaşmağa başlamışdı: Sokrat (469-399), Əflatun (430/427 347), Aristotel (384-322) bir-birinin şagirdi olaraq dünya fəlsəfi humanitar elmlərin incilərini yaradırdılar. Bu vaxtlar yaranan ritorika həm incəsənət, həm də elm kimi diqqəti cəlb edirdi. Sirakuza, Attika, Afina kimi şəhərlərdə ritorika təlimi olduğu üçün bu şəhərlərdə bəlğətli nitqə dair əsərlər də yaranırdı.Burada ritorika kursları 14 il (7 yaşından 21 yaşınadək) davam edirdi. Belə məktəblərdə fəlsəfə, məntiq, ədəbiyyat, dil, riyaziyyat keçilsə də, ritorika aparıcı mövqedə dururdu. Bu fənlərə aid dərslikləri elmi əsərləri də həmin fənləri tədris edənlər yazırdı. Bu dövrdəki Ellin ənənəsi ritorikanı söz ustalığı ilə inandırmaq elmi hesab edirdi. Ellin nənəsinə görə ritorikanın 3 əsası vardır: Əxlaqlılıq, müdriklik və artistlik. Bundan sonra savadlılıq ritorun əsas əlaməti hesab edilirdi. Qədim və ya kanonik (kanon yunanca kanon sözündən olub, norma, qayda-normalar və qaydalar məcmusu deməkdir) ritorikanı 5 əsas hissəyə, mərhələyə bölürdülər.¹ 1) invensiya (latinca inventio ixtiraetmək, fikirləşib tapmaq) fikirlrin ixtirası, başqa sözlə nitqin mövzusu və ya nitq məzmununu düşünüb tapmaq. 2) Dispozisiya və ya kompozisiya (latın dilində yerləşmə deməkdir). Dispozisiya çıxışın mətnindən və xarakterindən, nitq janrından asılı olaraq əsas müddəaları yerləşdirə bilməkdir. Axı bir çıxışda bir neçə müddəa olur. Onların hansını öncə, hansını sonra deyə düzə bilmək (yerləşdirmək) nitqin uğurlu alınmasının əsas şərtlərindəndir. 3) Elokusayya - latın dilində elequeniya sözündəndir. Rus dilində termin bela. adlanır. Əslində isə Elovensiya adlandmalıdır. Sözün mənası nitqi bəzəmək deməkdir. Buraya dil vasitələrinin seçilməsi, poetik fikirlərin pafosla çatdırılması nəzərdə tutulur. 4) Memoria latinca memorya - yaddaş deməkdir. Bu söz indi xatirə mənasında da işlənir (memuar, memorial lövhə və s.) - Memoriya tələb edir ki, ritor çıxışdan əvvəl həmin mətni bir neçə dəfə xatırlamalı, fikrindən keçirməlidir.
5) Aksiya və ya icra. Çıxışın özü, danışdığın dili yüksək səviyyədə bilməklə, şifahi nitqin ustalıqla ifadəsi, özünə nəzarət. Yunan alimləri haqlı olaraq belə hesab edirdilər ki, hansı növ olursa, olsun nitq üç mühüm - ayrılmaz tərkib hissədən ibarət olmalıdır: etos, pafos, loqos. Onlar çox vaxt məhkəmə prosesini etos hesab edirdilər ki. Afinada təşkil edilən bu açıq prosesdə açıq dialoji olmalı, həqiqət qalib gəlməli idi. Pafos həqiqəti üzə çixarma, tərəflərin münasibətini aydınlaşdırma idi. Kim dolu pafosla danışsa, o haqlı ola bilər. Loqos hər şeyi dillə dəqiq şəkildə ifadə etmək kimin dili zəngin olsa, o dövlət qalib gələb bilər. Qədim yunan alimi Aristotel öz müəllimləri Əflatun və Sokrati qabaqlayaraq ritorikanın bütöv fundamental elmi sistemini yaratmışdı. Onun «Metafizika», «Məntiq, «Siyasət>>, <
>, < əsərləri insan idrakının yüksək pilləsinə qalxa blmişdi. Müasir elm hələ Aristotelin elmi idrakının məhsulu olan bu əsərlərdən çox bəhrələnə biləcəkdir. Yunan mədəniyyətindən, yunan natiqlik sənətindən danışarkən Aristotelin yaşıdı, görkəmli siyasi xadim və ritor Demosfenin (e.ə. 384-322) adını çəkməmək olmaz. Demosfen ritorikanın elmi problemlərində Aristotel səviyyəsinə qalxa bilməmişdir. Aristotel ilə bir ildə anadan olub, eyni ildə vəfat edən Demosfen ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi müasirinin gölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti və ritorikası tarixinə əbədi həkk edə bilmişdi. Demosfenin düzgün tələffüz və lazımsız əl-qol hərəkətini aradan qaldırmaq üçün kəşf etdiyi xüsusi üsullar indi də əhəmiyyətini itirməmişdir. Demosfen siyasi xadim olaraq anti Makedoniya hərəkatına rəhbərlik etmiş, ölkəsi Makedoniyalılar tərəfindən işğal olunduqdan sonra zəhərlənib ölmüşdür.
B. Romada ritorika.
Roma Yunanistanı işğal etsə də, humanitar elmlər sahəsində ondan çox şey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da yunanlardan qəbul etməya məcbur oldu. Bununla belə, bir sıra elmlər məhz Romada inkişaf edib təkmilləşdi. Mark Tuli Sisseron (e.ə. 106-43), Yuli Sezar (e.ə. 102/100-44), Mark Yuni Brut (e.a. 85-42) və s. kimi alim va ictimai xadimlər Roma natiqlik sənətinin əbədi şöhrəti olmuşlar. Y.Sezar alim, dövlət xadimi, şair, ritorika üzrə məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi ritorik çıxışı stenoqramlaşdırılıb indi də saxlanılmaqdadır. Yuli Sezar Pomreyə qalib gəlmiş amansız bir diktator olmuşdur. Bununla belə, elmlə məşğul olmuş, «Hall müharibəsi haqqında qeydlər»> və «Vətəndaş müharibələri haqqında qeydlər» adlı elmi əsərlərini yazmışdı. Yuli təqvimi islahatina da o keçirmişdir. Onun ritorik istedadı onun adını bu sahəyə həmişəlik yazmışdır..Qədim Roma ritorikasından danışanda Mank Yuni Brutun da adını çəkməmək olmaz. O, demokratik fikirli ziyali, siyasi xadim, habelə görkəmli natiq olmuşdur. Natiqlik sənətini mükəmməl şəkildə mənimsəmək M.Y.Brut, Y.Sezara qarşı təşkil edilən mübarizənin önündə getmiş. diktatorun qətlə yetirilməsində şəxsən iştirak etmişdir.Əslində yeni eraya həm Yunanıstan, həm də Roma ən məşhur natiq kimi M.F.Kvintilian (35-96) ilə daxil olmuşdur. Yəni nə Yunanıstanda, nə də Romada M.Kvintiliana bərabər məşhur natiq yox idi. O, natiqlik sənətinin bütün incəliklərini aks etdirən, 12 kitabdan ibarət olan «Natiqin təhsili (formalaşması) haqqında» həmişəyaşar əsər yazmışdır. Bu
C. Avropada (Fransada) ritorika.
Mədəniyyətin başqa sahələrində olduğu kimi, antik ritorik sənət da Roma imperiyasina daxil olan ölkələrə Romadan keçmişdi. Belə ki, İspaniya, İtaliya, Vizantiya, Fransa müəyyən qədər İngiltərə və Almaniya antik mədəniyyətin bütün növlərini Roma vasitəsilə almışdilar. XIII-XIX əsrlərdə Avropanın mədəni ölkələrində akademik ritorikaya xüsusi önəm verilirdi. Məsələn, XII əsrdə İngiltərənin Oksford, XIII əsrdə Fransanın Sarbanna universitetlərində ritorikaya aid mühazirələr oxunurdu. Avropa ölkələri içərisində ritorikaya ən böyük önəm verən Fransa idi. Fransada bəlağətli nitqin aşağıdakı mərhələləri qeyd olunur. 1) XV əsrə qədərki ritorika latın dilində olub, ruhani üslubdaidi. 2) XV əsrdən başlayaraq fransız dili latın və italyan dillərinə qarşı öz hüquqlarını müdafiəyə qalxır. P.Fabri fransız dilində ilk ritorik əsər yazır. 3) XVII əsrdə (1671-ci ildə) antik dünya görüşünə,mədəniyyətinə qarşı çıxış güclənir və əvvəlkilərdən imtina edilir. 4) XVIII asrda kilsə ruhani ritorikası artıq süquta varır, bunun əvəzində siyasi və akademik ritorika bərqərar olur.
Ç. Şərqdə ritorika.
Şərq ölkələrində: Çində, Hindistanda, Ərəbistanda ritorikanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini xüsusi bəlağətlə dinləyicilərə çatdırırdılar. Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında yaranmışdır. VII əsrin axırlarında Xəlil İbn əhməd Əl Fəraidi ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etdi. Həmin modellər əsasında «Qurani-Kərim»in ayələrini xüsusi avazla oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII əsrda meydana gəlməsi ərab mədəniyyətinin inkişafina çox güclü təkan verdi. Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş şəkildə inkişaf etməyə başladı. Bütün dini xütbələr ərəb dilində aparılırdı. Bu dövrün görkəmli natiqlərindən heç şübhəsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd etmək lazım gəlir. Məhəmməd (ə.s.) məscidlərdə oxuduğu xütbələrə qədər özünə gələn vəhyləri adamlara çatdırır ve onları Allahın birliyina inanmaqda möminliyə çağırırdı. İstər qüreyşlərin birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (as.) gözəl nitqi qarşısında həsəd və paxıllıqdan törənən ədavət də yaranırdı. Əbu Ləhəbin (bu haqda «Qurani-Kərim»də xüsusi surə vardır), Əbu Sufyanın və başqalarının Kainatın fəxri olan peybəmbərə qarşı çıxışları dediklərimizə sübutdur. Məhəmməd (ə.s.) Mədinəyə köçdükdən sonra müsəlmanlara özü İslam dini, Allahın əmrləri, Quranın hökmləri, öz səriəti haqqında güclü bir natiq kimi çıxış edidi. Kota Lombun yazdığına görə Məhəmməd (ə.s.) bütün dillərə vaqif imiş..
Basqa material
Ritorika – xitabət sənəti və ya nitq, vizual və ya yazılı şəkildə inandırmaq məharəti, metodikasıdır. Qədim Yunanıstanda meydana çıxmışdır və yunanca ῥήτωρ, rhêtôr-orator sözündən əmələ gəlmişdir.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi. Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi.
Bir çox yunan alimlərinin müraciət etdiyi mövzu olsa da, natiqlik sahəsinə ən ciddi töhfəni Aristotel e.ə. 330-cu illərdə yazdığı və 3 kitabdan ibarət “Ritorika” adlı əsəri ilə vermişdir. Aristotel öz nitqlərində təsirli arqumentlər istifadə edən və güclü inandırma qabiliyyətinə malik insan kimi tanınırdı. Aradan əsrlər keçsə də, onun araşdırmaları arqumentlərin inkişaf etdirilməsi sahəsində hələ də etolan olaraq qəbul olunmaqdadır. Aristotelin “Ritorika” sı üç məşhur məfhumun – ethos, pathos və logosun üzərində qurulmuşdur.
Ethosun mövcudluğu natiqə qarşı güvən təlqin edir. Əgər auditoriya sizə inanmrsa sizin nitqininzin təsiri olmayacaqdır.
Pathos – natiqin auditoriya üzərində emosianal təsiridir və emosiyaların yaradılması aktıdır. Pathosun məqsədi auditoriyada nitqin hədəfinə qulluq edən xoş emosianal təsir yaratmaqdan ibarətdir. Qərar almada emosiyaların rolu olduqca vacibdir. Aristotelə görə Pathos inandırmanın ən mükəmməl alətidir. Pathos və ya emosional çağırış auditoriyanı natiqin auditoriyada yaratdığı emosiyalar üzərindən nitqin hədəfinə yönləndirməkdir ki, bunun da ən yaxşı yolu hekayə söyləməkdir; həqiqi, inam yarada bilən, sadə, konkret və emosional hekayələr. Aristotelə görə insanları yalnız məntiqə əsaslanaraq inandırmaq mümkün deyil. Yalnız məntiqə əsaslanan inandırma prosesində dinləyicinin diqqətini cəlb etmək və dinləyici ilə natiq arasında körpü qurmaq mümkünsüzləşir.
Pathos eyni zamanda emosional zəkanı təmsil edir və qarşıdakı insanların duyğularını hissetmə və təcrübədən keçirmə mənasına gəlir. Emptiya və pathos kəlimələri eyni kökdən törəmişdir. Emptaiya ilə biz başqalarının özünü necə hiss etdiyini, ehtiyaclarını, hadisələrə baxış tərzini və nə demək istədiyini anlayırıq. Empatiyadan, yəni, pathosdan yoxsun ünsiyyət uğurla nəticələnə bilməz. Natiq onu dinləyənlərin ruhunu analiz edə bilməli və onun duyğularına göz yummamalıdır
Dostları ilə paylaş: |