1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə3/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   2   3   4   5   6   7   8   9   ...   84
????AZƏRBAYCAN DİLİ

95. Praktik üslubiyyat və normalar
Fonetik norma leksk qramir
96. Yazılı nitq normaları və orfoqrafiya
97. Şifahi nitq və orfoepiya
98. Üslubi səhvlər və onların təzahür sahələri


99. Poetik üslubi fiqurlar
100. Nitq qüsurları və onların aradan qaldırılması

1. Fənnin məqsədi və vəzifələri bunun düz olduqunu sanmiram ama melo didiki duzdu
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir.Mədəniyyət sözü dilimizə ərəb dilindən keçmişdir. ”Şəhər “mənasında olan Mədinə Sözündəndər.Mədəni sözüdə şəhərli mənasındadır. Nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir. Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zərruridir. Nitq mədəniyyəti fənninin məqsədi tələbələrə müasir Azərbaycan ədəbi dilinin fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu, orfoepiya və orfoqrafiyası, dilin normaları və üslubları haqqında müəyyən elmi-nəzəri biliklə yanaşı əməli işə yardımçı olacaq praktik fəaliyyət vərdişləri də aşılayır. Çünkü, dilimizin yazılı və şifahi normalarına yiyələnmək nitq mədəniyyəti üçün əsas şərt sayılır. Nitq mədəniyyəti fənninin vəzifəsi nitq mədəniyyətinin normalarını şagirdlərə,tələbələrə ümümlikdə gənc nəsilə düzgün çatdirmaqdır. Nitq mədəniyyətinin mövzusuna mədəni nitqin əsas keyfiyyətləri ilə bağlı məsələlər-ədəbi dil və onun normaları, eləcə də nitq istisnaları, özləşmə meylləri, natiqlik sənətinin sahələri və nitq etiketləri daxildir. Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur: 1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması. 2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi. Nitqin gözəlliyi xüsusən ziyalılar,Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarındannümunə götürməlidirlər.
Ümumiyyətlə bütün insanlar yüksək nitq mədəniyyətinə yiyələnlidir.Hər bir vətəndaş öz nitqinin zənginliyi və qeydinə qalmaıdır.Onun geyim davranışı ile yanaşı nitqidə yüksək səviyyədə olmalıdır. Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. (Əbu Turxan) Dil insanı dəyərləndirmək üçün vasitədir. (Məhəmməd peyğəmbər ) Dil mədəniyyətlə birgə boy atır. (А.N.Tolstoy) Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. (Heydər Əliyev)
2.Dilin funksiyaları. Kommunikasiya.
Dili bioloji hadisə sayanlar var. Bu fikrin tərəfdarları onu nəzərə alırlar ki, insanın orqanizmində başqa üzvlər kimi danışıq üzvləri də mövcuddur. Həmin üzvlərin vasitəsilə hava axını danışıq səslərini yaradır. Ancaq nəzərə alınmır ki, insanın tənəffüs üçün alıb-verdiyi hava axını yalnız beyindən gələn siqnallarla idarə olunub, danışıq səsinə çevrilir. Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir. Halbuki başqa bioloji təzahürlər, məsələn, yemək, içmək, tənəffüs etmək, yerimək, yatıb-durmaq və s. vərdişlər insan və heyvanlarda eyni siqnalla baş verir. Yaxud irqi əlamətlər (üzün, saçın rəngi və forması, gözün, sifətin quruluşu və başqa zahiri antropoloji cizgilər) kimi dil irsi xarakter daşımır. Bioloji varlıq kimi uşaq öz valideynlərinə bənzəyir, ancaq valideynlərinin dilində danışmaya bilər: doğulan uşağı ata-anasından ayırıb başqa milli-irqi şəraitdə böyütsən, öz əhatəsindəki dildə danışacaqdır. Deməli, dil bioloji yox, ictimai hadisədir, bilavasitə cəmiyyətdə formalaşır və məhz cəmiyyətə xidmət edir.Beləliklə, dilin birinci funksiyası (vəzifəsi) insanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vəzifəsi olmaqdır. Dilin ikinci vəzifəsi insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirməkdir. Bu baxımdan sözlər obyektiv-tarixi səciyyə daşıyır və subyektiv faktorlardan asılı deyil. Dilin üçüncü vəzifəsi isə fikir ifadə etməkdir, yəni o, insanın təfəkkür fəaliyyəti ilə bağlıdır. İnsanlar dilin vasitəsilə öz düşüncələrini, fikirlərini, arzu-istəklərini bildirirlər.
Kommunikasiya [lat. communikato – rabitə, əlaqə] sözü aşağıda sadalanan mənalarda istifadə olunur:
1. İnformasiyanın mübadilə prosesi, üç cəhətdən fərqləndirilir:
1.1 Texniki kommunikasiya – bir nöqtədən, qurğudan və şəxsdən digərinə müəyyən rabitə kanalı ilə məlumatın verilməsi 1.2 Semantik kommunikasiya – informasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi; 1.3 Praqmatik kommunikasiya – verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsi.
2. Nəqliyyat vasitələrinin hərəkət marşrutları, rabitə kanalları, şəhər təsərrüfatının yeraltı şəbəkəsi və s; 3. İnformasiya mübadiləsi, informasiyanin ötürülməsi.
Kommunikasiya latın sözü olub, informasiya mübadiləsi, informasiyanın ötürülməsi mənalarda istifadə olunur. İnformasiya mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri,ideyaları,hissləri,istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsinin həyata keçirirlər. Biz nitqin köməyi ilə başqaları ilə informasiya mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.
Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi bildiririk. Nəhayət, nitq vasitəsilə başqalarına təsir edir,onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.
Ona görə də aydın, səlis, zəngin, ifadəli, yerli-yerində, qulaqlarda rəvan səslənən, məntiqi cəhətdən obyektiv gerçəkliyə uyğun ünsiyyət qurmalı, söz birləşmələri, cümlələr, sintaktik konstruksiyalar qrammatik cəhətdən düzgün olmalı, danışan təmkinli,soyuqqanlı, özünə və sözünə arxayın şəkildə, lakin insanlara, hadisələrə, görülən işlərə isti münasibəti ilə seçilməlidir. Əgər biz ünsiyyəti düzgün qura bilsək o zaman iş həyatında uğur qazanmaq ehtimalımız da daha böyük olacaqdır.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisi bu istiqamətdə bizə yol göstərəcək, ünsiyyətimizin dəqiq, səlis və mədəni qaydaları gözləyərək aparmağı öyrədəcək. Bu fənnin tədrisi tələbələrə Azərbaycan dilimim qayda-qanunlarını, incəliklərini, özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradacaq, dil vasitələrindən məqsədyönlü istifadə və mədəni davranmaq vərdişlərini öyrədəcək. Kommunikasiya haqqında anlayış. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daimi bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi ordakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Ünsiyyət dinamik prosesdir,onun müxtəlif forma və vasitələri vardır.


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin