1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə13/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   9   10   11   12   13   14   15   16   ...   84
????AZƏRBAYCAN DİLİ

10. Ritorikanın tarixlə əlaqəsi

Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək olmaz. Bunlar nə qədər yaxın olsalar da bir-birinin eyni deyil. Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini yaxşı bilməsi nəzərdə tutulur. Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi bacarmalıdır. Əgər, ritor tarixi hadisələri – onların səbəblərini, gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olmayacaq. İnamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini götürək, neçə il bundan əvvəl natiqlər bolşevik platformasından yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqımızın milli müstəqilliyimizin, azadlığımızın əlimizdən alınması kimi danışmaq lazım gəlir. Bu hadisəni yüksək pafosla, zövq və şövqlə nəql etmək olarmı? Şübhəsiz, bu zaman təəssüf hissi ilə, aramla, astadan, pauzalarla danışmalı olacaqdır.


11. Ritorikanın dilçiliklə əlaqəsi
Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bilməzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) da dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən, onları ümumiləşdirən elm dilçilik olduğu üçün tamamilə dil qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya bölmələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fonetik qanun və vasitələri nitqin ekspressivliyini artırdığı üçün hər bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməlidirr. Eləcə də dilimizin leksik tərkibini mükəmməl surətdə mənimsəmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların nominativ və məcazi mənalarından mahir ritor bacarıqla istifadə edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicinin marağının sönməsinə səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bilmək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, paremioloji vahidlər nitqin effektini artırır. Məsələn,Yoruldum-əldən düşdüm. İnanmıram-Gözüm su içmir.
Gizli saxla-bir daş altda, bir daş üstdə və s. Çox asanlıqla inanmaq olar ki, birinci-nominativ mənada işlənən sözlərdən istifadə edən adi, ikincilərdən istifadə edən isə ritor (əsl natiq) hesab olunur.
Dilin morfoloji normaları da belədir. Qrammatik forma və kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsəmək, onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemi ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual vlənməni, fonet ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca vəzifəsidir. Beləliklə, aydın olur ritorika tamamilə dilçilik çərçivəsində fəaliyyət göstərir


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin