29. Nitq mədəniyyəti nədir? Müasir dilimizdə işlətdiyimiz mədəniyyət sözü çox anlayış ifadə edir. Bu anlayış yaxşı-pis, müsbət-mənfi sözləri qədər və bəlkə, onlardan daha geniş məna ifadə edir. Mədəni sözü ərəbcə şəhərli deməkdir. İlk əvvəl mədəni-şəhərli insan davranışının və fəaliyyətinin bütün növlərində şəhərdən uzaq bədəviliyə qarşı qoyulurdu. Başqa sözlə, şəhərlinin hərəkəti, davranışı, danışığı bədəvilərə nisbətən mədəni hesab olunurdu. Sonradan mədəniyyət sözü öz mənasını daraldaraq mədəniyyətsizliyə qarşı qoyuldu. Azərbaycan dilinin izahlı iüğətində bu sözün üç mənası verilmişdir:
1. İnsan cəıniyyətinin istehsalatda, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu; 2. Xalqın və ya siniflərin müəyyən dövrdə əldə etdiyi nailiyyətlərin məcmusu, belə nailiyyətlərin səviyyəsi / təsərrüfat və ya zehni fəaliyyətin inkişaf səviyyəsi; 3. Savadlılıq, elmilik // mədəni adamın tələblərinə uyğungələn həyat şəraitinin məcmusu, yaşayış mədəniyyəti.
Bu izahı tam və dolğun hesab etmək olmaz. Çünki, birinci bənddəki insanların istehsalatda və mədəni həyatda əldə etdiyi nailiyyətlərin, uğurların (maliyyə, təsərrüfat və s.) hamısını mədəniyyətə daxil etmək olmaz. 3-cü bənddə isə taftalogiya özünü göstərir: «mədəni adamın tələblərinə uyğun gələn ifadəsi detaftalogiya olub sözün mənasını dolğun əks etdirmir.Azərbaycan dilində mədəniyyət sözünün bir termin kimi işlənməsi tarixi çox da qədim deyil. Sovet hakimiyyətinin ilk onilliklərində bu söz ərəb mənşəli olduğu üçün onu―Kultura‖ sözü ilə əvəz etmişdilər. Bu söz latın mənşəli olub cultura sö-zündəndir. Mənası – Vozdelitvanie, tərbiyə, təhsil, inkişaf, hörmət deməkdi. İnsanın mədəni səviyyəsinin və həyatının inkişafınəticəsində mədəniyyətin çoxçeşidli sahələri yaranmışdır. Məsələn: 1.Dövrlə bağlı: Antik mədəniyyət 2. Millətlə bağlı: Ərəb mədəniyyəti3. Məkanla bağlı: Kənd mədəniyyəti, şəhər mədəniyyəti, Avropa mədəniyyəti.
Qeyd etmək lazımdır ki, mədəniyyət insan faaliyyəti ilə bağlı olduğu üçün konkret yerin – məkanın mədəniyyəti anlayışı şərti formada başa düşülür. Məsələn, Avropa mədəniyyəti dedikdə burada yaşayan xalqların mədəniyyəti başa düşülür, yoxsa yerin mədəniyyəti olmaz. Eyni sözləri Fransa mədəniyyəti, Iran mədəniyyəti və s. haqqda demək olar. 4. İnsanın həyat və fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müəllim mədəniyyəti, tələbə mədəniyyəti, oxuma mədəniyyəti, səhnə mədəniyyəti, sürücü mədəniyyəti, satıcı-ticarət mədəniyyəti və s.Bunlardan biri də ―insanın atributu‖ olan danışıq mədəniyyətidir. Danışıqsız; insanı təsəvvür etmək olmaz. Insan ünsiyyət sözündəndir. Əgər lalların əl-hərəkət (doktilo) vasitəsini istisnaetsək, insanı danışıqsız təsəvvür etmək olmaz. Hər bir insan cəmiyyətin əsl mənada üzvü olmaq üçün nitqə malik olmalıdı. Tələbə və müəllimlərin içərisində, qurultay iştirakçıları, deputatlar, böyük və kiçik toplantıların iştirakçıları arasında bircə nəfər də olsun lal adama rast gəlmək olmaz. Çünki burada danışmaq lazımdır. İnsan kiçik yaşlarından danışıq vərdişləri əldə etdiyi zamandan ömrünün sonuna qədər öz danışığını təkmilləşdirir. Çünki insan təkcə öz dilinin quruluşunu bilməklə kifayətlənməməlidir. Bunu ən kobud, mədəniyyətsiz adamlar da bilir. Eyni zamanda insan danışığı dili – xüsusilə, ana dilinin incəliklərini bilməli, fıkrini gözəl ifadə edə bilməlidir. Burada M.R.Lvovun bir müqayisəsini xatırlatmaq yerinə düşərdi. O yazır: ―Bədən tərbiyəsi haqlı olaraq, orta və ali məktəblərdə lazımlı bir fənn kimi qəbul edilir və ona milyardlarla pul xərclənir, ancaq nitq mədəniyyəti qrammatikanın hüdudsuz sahəsinin pərsəng daşı kimi dilçiliyə aid edilir. Dilçilikdə bu məsələ ikinci dərəcəli bir iş hesab edilir. Əslində isə belə olmamalıdır. Qəti şəkildə inanmaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, nitq gözəlliyi insan gözəlliyinin, nitqin təsirliliyi insan nüfuzunun (avtoritetinin) tərkib hissəsidir. Bu səbəbdən də nitq mədəniyyəti dil normaları məcmusu kimi yalnız qrammatika tədris olunan yerlərdə deyil, mühəndislərə, hüquqşünaslara, aviatorlara, həkimlərə də tədris edilməlidir. Onların da öz sahələrində mədəni danışığı təmin edilməlidir. Hər bir adam nitqində özünü təqdim edir. Əgər öz bəlağətli nitqi ilə özünü təqdim edə bilmirsə, nə müəllimin, nə baş nazirin sözünə qulaq asmaz, ona hörmət etməzlər. Əksinə, nitqi gözəl olan adam özünə cəmiyyətdə böyük nüfuz qazandırır. Bu mənada böyük fars şairi Sədinin
sözləri yada düşür:Ağızdakı dil nədir?
Hünər sahibinin xəzinəsini açan. Əgər danışmasa, heç kəs bilməz ki, O zərgərdir, ya saqqızsatan.Burada çoxlu incə mətləblər vardır. Eyni mövzunu müxtəlif auditoriyada eyni cür şərh etmək olmaz; Eyni mövzıınu müəllimlə tələbə eyni cür izah edə bilməz. Yəni bu problem aşağıdakı məsələləri əhatə edir:1) Kim danışır?2) Kimə danışır?3)Hansı şəraitdə danışır? 4) Nə barədə danışır?5) Nə məqsədlə, nə səbəbə danışır?
6) Öz fikrini çatdıra bilirmi, onu başa düşürlərmi?
7) Ona auditoriyanın (dinləyicilərin) münasibəti necədir?
8) Onun nitqini arzu edirlərmi? 9) Danışdığı mövzunu yaxşı bilirmi? və s.
Nitq mədəniyyəti bir sıra problemlə vəhdətdə olub, öz spesifik xüsusiyyətləri ilə onlardan ayrılır. Yəni onları təcrid etmək mümkün olmadığı kimi, eyniləşdirmək də olmaz. Bu problemlər aşağıdakılardır: a) Ritorika – bəlağət; b) Üslub və üslubiyyat; c) Norma.