29. Kəskin fibrinoz perikarditin erkən EKQ əlamətini göstərin: A) mənfi T dişi
B) aparmaların çoxunda ST-seqmentinin yüksəlməsi
C) yüksəkitiuclu T dişi
D) QRSkompleksinin amplitudasının azalması
E) ST seqmentin depressiyası
30. Autoimmun xəstəliklər zamanı yaranan ekssudativ plevritlər zamanı əsas müalicə növü hansıdır: A) diuretiklər
B) insan immunoqlobulini
C) fibrinolitiklər
D) kalsium kanalı blokatorları
E) qlükokortikosteroidlər
31. Ekstrasistoliyanın ən proqnostik təhlükəli forması aşağıdakıdır: A) trigeminiya
B) kvadrigeminiya
C) qrup ekstrasistoliyası
D) bigeminiya
E) tək - tək
32. Plevranın mezotelioması üçün xarakterikdir: A) zəif təzahürlü ağrı sindromu
B) eksudatın hemorragik xarakterli olması
C) eksudatın serroz xarakterli olması
D) çürüntü xarakterli ekssudat
E) xilyoz xarakterli ekssudat