İki kompyuter arasında ən sadə fiziki əlaqə növlərini və onların kanallarla birləşdirilməsini nəzərdən keçirək. Bu proses bəzi ədəbiyyatlarda “nöqtə-nöqtə” adlandırılır. Belə əlaqə növü sıfır-modem kabeli ilə də həyata kçirilə bilər. Bu tip əlaqələr xüsusi standart paralel və ardıcıl interfeyslərlə də yerinə yetirilir. Xüsusi standart ardıcıl və ya paralel interfeys dedikdə kontrollerlər nəzərdə tutulur. Bunlar xüsusu xarici kabellərlə əlaqələndirilir və proqram təminatı ilə işləyir.