56. Disk qurğuları üçün interfeyslər
Bərk disklər — kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur.[1]
13 sentyabr 1956-cı ildə IBM firması RAMAC adlı ilk sərt disk qurğusunu ictimaiyyətə təqdim etmişdir. Bu diskin həcmi 5 Meqabayt idi.
Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7–20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur.
Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1,6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9,1 Qbayt olur. Lakin artıq yaddaş həcmi 18–27 Qbayt olan sərt disklərin istehsalı nəzərdə tutulur.
kompüterdə istifadə olunan sərt disklərin ümumi yaddaş tutumu, çox vaxt kompüterdən istifadə olunacaq sahələri təyin edir. Belə ki, bu istifadə sahələri, yaddaş tutumundan asılı olaraq aşağıdakılar ola bilər:
Sərt diskin tutumu 20 Mbayt olan kompüterdən MS DOS əməliyyat sistemində, elektron çap maşını və ya cib dəftəri kimi istifadə etmək olar.
40–80 Mbayt tutumlu sərt disk, həcmi böyük olmayan informasiyalı proqramların, MS DOS əməliyyat sistemində işlənməsini təmin edir;
120–210 Mbayt tutumlu sərt disklər, Windows 3.1 əməliyyat sistemində, bir çox proqramların işini təmin edir;
340–520 Mbayt tutumlu sərt disklər, Windows 3.1. əməliyyat sistemində mümkün bütün proqramların işini təmin edir;
Dostları ilə paylaş: |