Fasilə
psixoloji funksiya
da daşıyır. Bu fasilə dinləyicinin diqqətini danışanın
mətndən əlavə nəzərdə tutduğu və bilavasitə sözlərlə
ifadə etmək istəmədiyi
cəhətə cəlb edir. Tutaq ki, düşmənlərin ağır cəza, işgəncə ilə öldürdüyü 83 bir
əsgər haqqında söhbət gedir. Danışan bu hadisəni
daha təsirli vermək üçün
psixoloji fasilədən belə istifadə edir. “Düşmənlər onu güllələmədilər... Onlar onu
diri-diri torpağa basdırdılar”. Burada fasilə (çox nöqtələrin yerində) özündən sonra
gələn fikri qüvvətləndirir. Dinləyici əvvəlkindən daha
dəhşətli olan bir hadisənin
baş verəcəyini səbirsizliklə gözləyir. Psixoloji fasilə yazıda, adətən, çox nöqtə ilə
göstərilir. Bütün hallarda çox nöqtədə edilən fasilə psixoloji fasilədir. Fasilə
mövzunun mənasından, danışanın bəhs etdiyi məsələyə münasibətdən doğmalı,
bu zaman yaranan sükut nitqdən daha təsirli, daha məzmunlu olmalıdır.