Söz vurğusu
. Söz
vurğusu nitqdə, əsasən, iki vəzifəni yerinə yetirir:
a) sözlərdə forma gözəlliyi yaradır; b) yeni məna əmələ gətirir. Bunlardan
birincisi fonetik, ikincisi fonosemantik vəzifədir. Vurğu
öz yerində deyiləndə söz
tam, dəqiq, səlis, təbii, ürəyəyatan formasını, ən optimal fonetik şəklini alır. əks
halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna
anlaşılmır. Şifahi nitq üzərində müşahidələr göstərir ki, vurğu səhv vurulanda həm
sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. Məsələn: də`ymə düşər –
dəymədüşə`r, di`mdik –dimdi`k, gö`rməmiş – görməmi`ş, bağla` - ba`ğla, yağsa` -
ya`ğsa, qı`zdır – qızdı`r, gülü`n –gü`lün, sa`bah – saba`h və s. kimi omonimləşmiş
sözlər yalnız vurğu vasitəsi ilə fərqlənir. Sözlərdə
vurğunun qüsurlu tələffüzü
nitqin gözəlliyinə xələl gətirir, onun təbii gücünü azaldır,
nəzərdə tutulan fikir
ideya, məqsəd dinləyiciyə istənilən səviyyəyə çata bilmir. Azərbaycan dilinə
məxsus sözlərdə vurğu dilin təbiətinə görə (iltisaqiliyin bir əlaməti kimi)
əsasən
son heca üzərin düşür.
Sözlərdə vurğunun düzgün tələffüzü mühazirəçi, müəllim, söz sənəti ilə məşğul
olan adamlar üçün daha vacibdir. Hər hansı bir alınma sözün, terminin deyilişində
yol verilən qüsurlar mühazirəçinin (müəllimin) nitqinə xələl gətirir, onun effektini
azaldır.
Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət kəsb
edir. İşlətdiyimiz alınmalar vurğunun yerinə görə üç qrupa bölünür:
a) vurğusu birinci hecada olan sözlər;
b) vurğusu orta hecada olan sözlər;
c) vurğusu son hecada olan sözlər;
Vurğusu birinci hecada olan alınma sözlərə aşağıdakıları
nümunə göstərmək
olar:
a`riya, di`ksiya, di`ktor, do`llar ,e`ra, fa`brik, fo`rma, fi`niş, f`irma, fo`lklor,
ko`mpas, ku`bok, le`ksika,
Alınma sözlərin müəyyən bir qrupunda vurğu orta hecada tələffüz olunur.
Məsələn: akva`rium, aku`stika, alümi`nium, Ame`rika, anali`tik, batare`ya,
dia`metr, dikta`tor, ekzo`tika, kalkulya`tor, kata`loq, konstitu`siya, malyari`ya,
mano`metr, meta`fora,omo`nim, orna`ment, parla`mentrea`ksiya, rema`rka,
simme`triya, sino`nim və s.
Vurğusu son hecaya düşən sözlər: delfi`n, def`is, Litva`, bomba`, mane`vr,
pedaqo`q, benzi`n, Saxali`n, Pari`s, İsve`ç, foye`, Moskva` və s.
Mürəkkəb sözlərin vurğusu daha geniş araşdırmalar tələb edir. Bu sözləri
əmələ gətirən birinci söz müstəqil vurğusunu itirir, hər iki tərəf üçün ümumi olan
vurğu ikinci sözün üzərində tələffüz olunur. Azərbaycan dilində mürəkkəb sözlərin
əksəriyyəti bu qanuna tabe olur. Məsələn; alagö`z, qaraqa`ş, boyunbağı`,
qayınana`, ağcaqayı`n, ayaqqabı`, pambıqtəmizləmə`, Həsənoğlu`, yadelli`,
bərabərhüquqlu`, səsvermə` və s. Belə sözlərin bəzisində
vurğu tərkibin birinci
tərəfinin üzərinə düşür. Məsələn; Gö`yçay, Qara`bağ, A`ğsu, A`ğdaş, A`ğdam,
sü`bçağı, dünya`görüşü, i`ldönümü və s. Mühazirəçi alınma söz və terminləri
düzgün tələffüz etməyi bacarmalıdır. Bunun
digər yolu mövcud sorğu
kitabçalarından istifadə etməkdir.
Dostları ilə paylaş: