y = y1 + y2 + ... + yn = (W1 + W2 + ... + W3)yo = WEKV yo,
olur, harada ki .
Deməli paralel birləşmiş bəndlərin əmələ gətirdiyi dövrəni ötürmə funksiyası bu bəndlərin ötürmə funksiyalarının cəminə ekvivalent olan bəndlə əvəzləmək olar.
3. Əks-əlaqə birləşmə (şək. 30а) – bənd müsbət və ya mənfi əks əlaqə ilə əhatə olunur. Bütövlükdə sistemə nəzərən əks istiqamətdə (daha dəqiqi çıxışdan girişə) gedən siqnal ötürmə funksiyası Wəə olan əks əlaqə dövrəsi adlanır. Bu halda mənfi ƏƏ üçün:
y = Wпu; y1 = Wəəy; u = yo - y1,
buradan da
y = Wпyo - Wпy1 = Wпyo - WпWəəy = >
y(1 + WпWəə) = Wпyo = > y = Wekvyo,
harada ki, .
Uyğun olaraq müsbət ƏƏ üçün olur.
Əgər Wəə = 1 olarsa, onda bu vahid əks-əlaqə adlanır (şək.30b) və Wekv = Wп /(1 ± Wп) olur.
Əgər sistem yeganə əsas əks əlaqə konturuna malikdirsə, belə qapalı sistemi birkonturlu sistem adlandırırlar (şək.31а). Giriş siqnalının tətbiq nöqtəsini, çıxış siqnalının aradan qaldırılma nöqtəsi ilə əlaqələndirən ardıcıl birləşmiş bəndlərdən ibarət dövrə birbaşa dövrə adlanır. (şək.31b, ötürmə funksiyası Wп = Wo W1 W2). Qapalı kontura daxil olmuş ardıcıl birləşmiş bəndlərdən ibarət dövrə açıq dövrə adlanır. (şək.46в, açıq dövrənin ötürmə funksiyası Wp = W1 W2 W3 W4). Belə nəticəyə gəlmək olar ki, birkonturlu sistem ötürmə funksiyası Wekv= Wп/(1 ± Wp) olan bir bəndlə təsvir oluna bilər. Bu mənfi əks-əlaqəli birkonturlu qapalı dövrənin ötürmə funksiyası birbaşa dövrənin ötürmə funksiyasına bərabərdir. Müsbət əks-əlaqə üçün məxrəcdə işarə çıxma olmalıdır. Əgər çıxış siqnalının aradan qaldırılma nöqtəsini dəyişsək, onda birbaşa dövrənin forması dəyişəcək. Əgər çıxış siqnalı y1 –ı W1 bəndinin çıxışında hesablasaq onda Wp = Wo W1. Açıq dövrənin ötürmə funksiyası üçün olan ifadə bu siqnaldan asılı deyil.
Qapalı sistemlər birkonturlu və çoxkonturlu olurlar (şək.32). Verilən sxemə ekvivalent ötürmə funksiyasını tapmaq üçün əvvəlcə müəyyən hissələrdə çevirmələr həyata keçirmək lazımdır.
Əgər çoxkonturlu sistem kəsişən əlaqəyə malikdirsə onda ekvivalent ötürmə funksiyasının hesablanması üçün müəyyən qanunauyğunluqlar olmalıdır (şək.33):
4. Cəmləyicinin bənd vasitəsilə köçürülməsi üçün həmin bəndin ötürmə funksiyasına malik bənd əlavə etmək lazımdır. Əgər cəmləyici siqnalın hərəkətinə əks istiqamətdə köçürülürsə, onda ötürmə funksiyası geri(əksinə) olan və cəmləyicinin köçürüldüyü bənd əlavə olunur. (şək.34).
Şək. 34a –da alınan çıxış siqnalı
Dostları ilə paylaş: |