1.2.2. Kompensasiya prinsipi
Əgər həyəcanlandırıcı faktor çıxış dəyişənini yolverilməz həddə qədər dəyişdirirsə, kompensasiya prinsipini tətbiq edirlər. (şək.6)
Tutaq ki, yо – çıxış dəyişəninin saxlanılması tələb olunan həddidir. Əslində f həyəcanlan-dırıcı təsirdən çıxışsa y qiyməti qeydə alınır. e = yо - y qiyməti verilmiş qiymətdən meyletmə adlanır. Əgər hər hansı bir yolla f kəmiyyətini ölçmək mümkün olursa, onda tapşırıq verici siqnalla f həyəcanlandırıcı təsirə mütənasib olan və onun təsirini kompensasiya edən korreksiya edici siqnalı cəmləməklə, İO-un girişinə təsir göstərən u idarəedici təsirinə düzəliş vermək olar.
Kompensasiya sistemlərinə misal olaraq saatlarda bimetallik rəqqası, sabit cərəyan mühərrikində kompensasiya sarğısı və s.-ni göstərmək olar. Şək. 6-da qızıdırcı element dövrəsində Rt müqaviməti qoyulmuşdur, onun termomüqaviməti ətraf mühitin temperatur dəyişməsinə uyğun olaraq korreksiya edilir və beləliklə kompensasiya prosesi həyata keçirilir.
Kompensasiya prinsipinin üstünlüyü – həyəcanlandırıcı təsirlərə cəld reaksiyasıdır. O, açıq idarəetmə sistemlərinə nisbətən daha dəqiqdir. Mənfi cəhəti isə bütün həyəcanlandırıcı təsirləri nəzərə almağın mümkünsüzlüyüdür.
Dostları ilə paylaş: |