14.1.2. Korreksiya qurğularının sintezi.
Korreksiya qurğuları AİS-in tələblərinə uyğun olaraq sintez olunurlar. Bunun üçün real AİS-in Wreal və arzuolunan Warz AİS-in ötürmə funksiyasını bilmək lazımdır.
Korreksiya qurğularının sintezində ilk öncə mümkün ardıcıl korreksiya qurğularının ötürmə funksiyasını bilmək lazımdır: Wп = Wxəy /Wreal. Sonra isə hansı ötürmə funksiyalarında paralel korreksiya qurğularından eyni nəticə alınır onu müəyyən edirik. Bundan sonra onlardan hansının daha asan qurulduğunu müəyyən edirik. Şək.103-ə uyğun olaraq yaza bilərik:
Wxəy= W Wп = W1 W2.(W3 + Wпс) = W (1 + Wпс/W3) = W/(1 + W2 Wпв),
W = W1 W2 W3. Bu əlaqədən bir korreksiya qurğusundan digərinə keçidin düsturunu müəyyən edə bilərik.
Dostları ilə paylaş: |