1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
  1   2   3   4   5   6   7   8   9   10
1-11



1.  İqtisadiyyat elmi və onun yaranması tarixi 

İqtisadiyyat  «oikonomik»  söründən  əmələ  qəlib  və  təsərrüfatın  sərişdəli, 

məharətli  aparılması  mənasını  verir.  Təsərrüfat  fəaliyyəti  kimi  iqtisadiyyat 

insanların birgə yaşayışını təmin edən şərtlərdən biridir. İqtisadiyyat sosial, siyasi, 

mədəni  və  başqa  proseslərlə  sıx  əlaqəlidir,  buna  görədə  onu  zəruri  həyat 

nemətlərinin  yaradılması  və  cəmiyyətin  tələbatlarının  ödənilməsini  təmin  edən 

iqtisadi sistem kimi də başa düşmək olar.  

İqtisadi  fikirlər  qədim  dövrlərdən  müxtəlif  mütəfəkkirlərin  əsərlərində  rast 

olunsada, bir müstəqil elm kimi o XV-XVII əsirlərdə yaranmağa başlamışdır. İlk 

iqtisadi  məktəb  sayılan  merkantelistlər  iqtisad  elminin  vəzifəsini  sərvətin 

mənbəyinin müəyyənləşdirilməsində görurdülər. Onlar sərvət qızılla eyniləşdirir və 

onun  mənbəyinin  muladilə  olduğunu  etiraf  edirdilər.  İqtisad  elminin  inkişafında 

fiziokratların  əsərlərinin  mühüm  əhəmiyyəti  olmuşdur.  Fiziokratlar  tədqiqatı 

mübadilədən istehsala keçirdilər və sərvətin mənbəyi kimi  əkinçiliyi elan edirlər. 

Fiziokrat F.Kene öz «İqtisadi cədvəl»ində ilk təkrar istehsal modelini yaratmışdır. 

İqtisad elmi ingilis klassik siyasi iqtisad məktəbinin nümayəndəsi A.Smit tərəfindən 

formalaşdırmışdır, o iqtisad elminin banisi sayılır.  Müasir iqtisad elmi neoklassik 

məktəbin təlimi üzərində qurulmuşdur. 

İlk  iqtisadi  fikirlər  hələ  iqtisadi  nəzəriyyə  yaranana  qədər,  xeyli  qədimdə 

insanların  təsərrüfat  fəaliyyəti  ilə  bağlı  baxışlarda  özünü  göstərir.  Aydındır  ki,  o 

dövrdə  sistemləşdirilmiş  iqtisadi  təlimlər  mövcud  ola  bilməzdi.  Lakin  ayrı-ayrı 

mütəfəkkirlərin  əsərlərinə  müəyyən  iqtisadi  anlayışlar,  bəsit  iqtisadi  fikirlərə  rast 

olunur. Bu baxımdan qədim şərqdə eramızdan  əvvəl IV-III əsrlərdə Hindistan və 

Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi fikirlər maraq doğurur. O 

zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr şəklində yazılmış 

əsərlərdə  var-dövlətin  toplanması,  xəzinə  və  vergi,  istehsal  və  ticarət  haqqında 

baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər. İqtisadi fikir sonrakı inkişafını Qədim 

Yunanıstan və Romada görkəmli filosofların Ksenefont, Aristotel, Platon, Katonun 

əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət, qiymət, təsərrüfatın təşkili 

haqqında dəyərli fikirlər əks olunmuşdur. 




İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim 

Şərqin görkəmli filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri 2 xüsusilə 

qeyd  edilməlidir.  Həm  Avropada,  həm  də  şərqdə  dini  təlimlərdə,  müqəddəs 

kitablarda mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin inkişafında mühüm rol 

oynamışdır. 

XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən 

yeniliklər  o  zamanın  iqtisadi  fikrinin  inkişafına  təkan  verdi.  İqtisadi  biliklərin 

sistemləşdirilməsinə  təşəbbüs  göstərən  merkantilist  və  fizokratlar  məktəblərinin 

yaranması  və  inkişafı  sonralar  klassik  siyasi  iqtisadın  nümayəndələri  A.Smit  və 

D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına səbəb oldu.

 


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin