11. İqtisadi sistemin formaları
İqtisadi sistemin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı mərhələlərdə
malik olduğu sərvət və maddi ne'mətlərin istehsalı, bölgüsü və mübadiləsi
sahəsindəki iqtisadi münasibətlər, eyni zamanda onların təşkili müxtəlif formalarda
həyata keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin bazar, inzibati-amirlik, ənənəvi
və qarışıq formalarını qeyd edə bilərik. İqtisadi sistemin bu və ya digər formasına
uyğun olaraq ayrı-ayrı ölkələrdə onların müxtəlif modelləri həyata keçirilmişdir.
XVII əsrdən müxtəlif formalarına, insanların azad iqtisadi təşəbbüsünə, azad
rəqabətə əsaslanan iqtisadi sistem fəaliyyətə başlamış və özünü doğrultmuşdur.
Bazar münasibətləri ilə səciyyələnən bu sistemin iki tipi vardır. Onlardan biri
əvvəlki azad rəqabətlə müşayiət olunan bazar iqtisadiyyatı, digəri isə müasir bazar
iqtisadiyyatıdır.
Birinci tip sistem şərti olaraq XVIII əsrdən XX əsrin əvvəlinə qədər fəaliyyət
göstərib (bunun bir çox ünsürləri müasir bazar sisteminə də daxildir). Burada fərqli
cəhət ondan ibarətdir ki, investisiya ehtiyyatları xüsusi mülkiyyətçilərin
sərəncamında olmuş, azad rəqabət əsasında mikroiqtisadi fəaliyyət bazar mexanizmi
vasitəsilə tənzimlənmişdir. Cəmiyyətin inkişafının bu mərhələsinin başlıca şərti
iqtisadi fəaliyyətdə bütün iştirakçıların sərbəst olmasıdır. Nəinki sahibkarlar, hətta
muzdlu işçilər də sərbəst olmuşlar.
İnzibati-amirlik sistemi keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində olmuşdur.
İqtisadi sistemlərin bir forması da qarışıq iqtisadi sistemdir. Bu sistem ilk növbədə
bazar və inzibati-amirlik sistemlərinin qarışığı kimi çıxış edir.
Dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyat sisteminə malikdir. Onların bir
qismi sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati-amirlik sisteminə çox
yaxındır. Qarışıq iqtisadi sistemdə sahibkar iqtisadiyyatına üstünlük və tə'minat
verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə
nisbətən ədalətin tə'min olunmasına imkan yaradır.
Azərbaycanın milli iqtisadiyyatında indiki keçid dövrü bir çox ölkələrdə
olduğu kimi, qarışıq sistem mövcuddur. İnzibati-amirlik sistemində ədalətdən
danışılsa da, praktikada sərt inzibatçılıq ədalətsizliyə gətirib çıxarır və cəmiyyətdə
baş verəcək ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olur. Eyni zamanda
iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı
əlaqəni, mülkiyyət hüququnu tamamilə pozur.
Sabiq İttifaqda bütövlükdə iqtisadiyyata aid edilən problemlər, istər
resursların bölgüsü və istifadəsi sahəsində, istərsə də başqa sahələrdəki məsələlər
mərkəzləşdirilmiş plan orqanları tərəfindən müəyyənləşdirilirdi.
İqtisadi sistemlərin bir forması da qarışıq iqtisadi sistemdir. Bu sistem ilk
növbədə bazar və inzibati-amirlik sistemlərinin qarışığı kimi çıxış edir.
Dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyat sisteminə malikdir. Onların bir
qismi sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati-amirlik sisteminə çox
yaxındır. Qarışıq iqtisadi sistemdə sahibkar iqtisadiyyatına üstünlük və tə'minat
verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə
nisbətən ədalətin tə'min olunmasına imkan yaradır.
Azərbaycanın milli iqtisadiyyatında indiki keçid dövrü bir çox ölkələrdə
olduğu kimi, qarışıq sistem mövcuddur.