1. İqtisadiyyat elmi və onun yaranması tarixi
İqtisadiyyat «oikonomik» söründən əmələ qəlib və təsərrüfatın sərişdəli,
məharətli aparılması mənasını verir. Təsərrüfat fəaliyyəti kimi iqtisadiyyat
insanların birgə yaşayışını təmin edən şərtlərdən biridir. İqtisadiyyat sosial, siyasi,
mədəni və başqa proseslərlə sıx əlaqəlidir, buna görədə onu zəruri həyat
nemətlərinin yaradılması və cəmiyyətin tələbatlarının ödənilməsini təmin edən
iqtisadi sistem kimi də başa düşmək olar.
İqtisadi fikirlər qədim dövrlərdən müxtəlif mütəfəkkirlərin əsərlərində rast
olunsada, bir müstəqil elm kimi o XV-XVII əsirlərdə yaranmağa başlamışdır. İlk
iqtisadi məktəb sayılan merkantelistlər iqtisad elminin vəzifəsini sərvətin
mənbəyinin müəyyənləşdirilməsində görurdülər. Onlar sərvət qızılla eyniləşdirir və
onun mənbəyinin muladilə olduğunu etiraf edirdilər. İqtisad elminin inkişafında
fiziokratların əsərlərinin mühüm əhəmiyyəti olmuşdur. Fiziokratlar tədqiqatı
mübadilədən istehsala keçirdilər və sərvətin mənbəyi kimi əkinçiliyi elan edirlər.
Fiziokrat F.Kene öz «İqtisadi cədvəl»ində ilk təkrar istehsal modelini yaratmışdır.
İqtisad elmi ingilis klassik siyasi iqtisad məktəbinin nümayəndəsi A.Smit tərəfindən
formalaşdırmışdır, o iqtisad elminin banisi sayılır. Müasir iqtisad elmi neoklassik
məktəbin təlimi üzərində qurulmuşdur.
İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə
insanların təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o
dövrdə sistemləşdirilmiş iqtisadi təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı
mütəfəkkirlərin əsərlərinə müəyyən iqtisadi anlayışlar, bəsit iqtisadi fikirlərə rast
olunur. Bu baxımdan qədim şərqdə eramızdan əvvəl IV-III əsrlərdə Hindistan və
Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi fikirlər maraq doğurur. O
zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr şəklində yazılmış
əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal və ticarət haqqında
baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər. İqtisadi fikir sonrakı inkişafını Qədim
Yunanıstan və Romada görkəmli filosofların Ksenefont, Aristotel, Platon, Katonun
əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət, qiymət, təsərrüfatın təşkili
haqqında dəyərli fikirlər əks olunmuşdur.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim
Şərqin görkəmli filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri 2 xüsusilə
qeyd edilməlidir. Həm Avropada, həm də şərqdə dini təlimlərdə, müqəddəs
kitablarda mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin inkişafında mühüm rol
oynamışdır.
XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən
yeniliklər o zamanın iqtisadi fikrinin inkişafına təkan verdi. İqtisadi biliklərin
sistemləşdirilməsinə təşəbbüs göstərən merkantilist və fizokratlar məktəblərinin
yaranması və inkişafı sonralar klassik siyasi iqtisadın nümayəndələri A.Smit və
D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına səbəb oldu.