6. Mikroiqtisadiyyatın metodu və predmeti
Mikroiqtisadiyyatın predmeti — iqtisadi agentlərin öz məqsədlərinə nail
olmaq üçün qəbul etdikləri qərarların işlənib hazırlanması və reallaşdırılması
prosesidir.
Qərarlar qəbul edilməsi həmişə müəyyən təsərrüfat şəraitində həyata keçirilir.
Qərarlar qəbul edilməsi prosesinin parametrik xarakteristikaları bu şərtlərlə
təyinedilir: iqtisadi agentlərin mövcud alternativlər haqqında məlumatlı olması,
agentlərin bu alternativləri qiymətləndirmək və müqayisə etmək qabiliyyəti.
Qərarlarqəbul edilməsi üçün meyarlar da bu şərtlərlə təyin olunur. Bununla əlaqədar,
mikroiqtisadi təhlilin əhatə dairəsi də genişlənir, qərarların qəbul olunması
prosesinin öyrənilməsindən əlavə, onların qəbul edildiyi şərait də tədqiq olunur.
İqtisadi agentlər bazar mühitində fəaliyyət göstərdiyi, bazar qiymətləri həmin
agentlərin seçim meyarı qismində çıxış etdiyi üçün bazar qiymətlərinin
formalaşması problemi mikroiqtisadi təhlilin diqqət mərkəzində olur. Buna görə
mikroiqtisadiyyatı çox vaxt qiymətlər nəzəriyyəsi adlandırırlar.
Mikroiqtisadiyyatın xüsusiyyəti ondan ibarətdir ki, mikroiqtisadi təhlilin
metodologiyası fərziyyə və ya ehtimal adlandırılan bir sıra prinsiplərə - real həyat
faktlarından çıxarılmış və apriori qəbul edilən məntiqi nəticələrə əsaslanır. İlkin
nəzəri postulatlar kimi qəbul edilən bu fərziyyələr iqtisadi davranış modellərində
məntiqi qurmalar üçün baza kimi xidmət edir. Hər bir fərziyyə ikinci dərəcəli
mürəkkəb detallardan təmizlənmiş həqiqətin sadələşdirilmiş formasıdır. Fərziyyələr
davranışın yalnız əsas xüsusiyyətlərini əks etdirir, yəni reallığa tam uyğun gəlmir.
Lakin bu heç də o demək deyildir ki, fərziyyələr abstrakt xarakter daşıyır.
Sadələşdirmələr reallığı təhrif etməməli və nəticələrin dəyərini azaltmamalıdır.
7. Mikroiqtisadiyyat-iqtisadiyyat elmləri sistemində
Mikroiqtisadıyyatda mühüm cəhətlərdən biri burada funksional təhlilin
aparılması ilə əlaqədardır. Bu da istehsal prosesində tətbiq olunan amillərin
asılılığını və bir-birilə qarşılıqlıtəsirini əks etdirən dəyişikliklərin üzə çıxarılması ilə
əlaqədardır. Тəkcə qarşılıqlı əlaqəli funksional asılılıqlar nəticəsində dəyişikliklərin
nəticəsi üzə çıxmaqla iqtisadi fəaliyyətdəki səbəb-nəticə əlaqələrinin mahiyyətini,
qazanc və məsrəflərin asılılıq səviyyəsini, eləcə də müəyyən kəmiyyətin əldə
olunmasında qazanc və məsrəflərin son hədd dəyişikliklərinin səviyyəsini müəyyən
etmək olar.
Mikroiqtisadi təhlilin mühüm cəhətlərindən biri də iqtisadi fəaliyyətin
tədqiqində ona tarazlı yanaşmaqdan ibarətdir. İqtisadi fəaliyyəti daima dəyişilən bir
proses kimi öyrənən mikroiqtisadiyyat buradakı mövcud olan ümumi və ayrı-ayrı
hissələrin öyrənilməsı ilə nisbətən sabit vəziyyətin üzə çıxarılması ilə əlaqədardır.
Вelə bir şəraitdə ayrı-ayrı dəyisilən xarici və daxili şərtləri müəyyənləşdirməklə
iqtisadi fəaliyyətin tarazlığını və ya qeyri-tarazlığını müəyyən etmək mümkündür.
Iqtisadi təhildə xüsusən qazanc və məsrəflərin bu və ya digər məhsul istehsalındakı
tarazlığının təmin olunması və onun davamlı xarakter alması mikroiqtisadiyyat üçün
xüsusi əhəmiyyətə malikdir.
Sözsüz ki, mikroiqtisadi səviyyədə tarazlığın səviyyəsinə xarici şərait tez təsir
göstərə bilər, onda bu bilavasitə makrosəviyyədə fəaliyyət göstərən iqtisadi sistemin
mahiyyətindən asılılığını əks etdirəcəkdir. Çünki, iqtisadi sistemin bir vəziyyətdən
digər sistemə kecməsi bilavsitə tarazlığın davamlılığının təmin olunması ilə
əlaqədardır.
Bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, mikrosəviyyədə baş verən ardıcıl
xarakter alan tarazlığın qeyri-davamlı xarakter alması nəticə etibarilə iqtisadi
sistemin dəyişilməsinə səbəb olur və daha davamlı tarazlı sistemə keçməsinə şərait
yaradır.
Mikrosəviyyəli bu proses nəticə etibarilə iqtisadi sistemin bütövlükdə
makromüvazinətinin də yaradılmasına və qorunmasına gətirib çıxarmış olur.
Mikroiqtisadiyyatın son hədd, funksional və tarazlı istiqamətdə təhlilinin
nəticəsi özünü bilavasitə yeni iqtisadi modelin əldə olunmasına yönəltmiş olur.
İqtisatlı modelin müəyyənləşdirilməsində həm ekzeqen (xarici), həm də endogen
(daxili) amillərinin üzə çıxarılmasına səbəb olur.
Əlbəttə, bər hansı bir iqtisadi modelin müyyənləşdirilməsiiqtisadi fəaliyyətin
müəyyən səviyyəsini dəyişdirməyə imkan verməklə başlıca iqtisadi problemin həll
olunması istiqamətinin müəyənləşməsinə imkan verəcəkdir. Lakin əsas məsələ
iqtisadi subyektlər üçün təkcə iqtisadi modelin müəyyənləşməsi deyil, qazanc və
məsrəflərin optimallıq səviyyəsinə və maksimum gəlir əldə etmək imkam verən
iqtisadi mühitin yaradılmasından ibarətdir.
|