4. İqtisadi kateqoriyalar və onların mahiyyəti
İqtisadi hadisələrin tədqiqi nəticəsində onların mahiyyətinin açılmasına səbəb
olur. Bu da real iqtisadi gerçəkliyi az-çox dərəcədə dolğun əks etdirən anlayışların
formalaşmasına səbəb olur. İqtisadi həyatın ümumi və mühüm tərəflərini əks etdirən
məntiqi anlayışlar iqtisadi kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə
və proseslərin elmi adıdır. Məsələn, biz gündəlik fəaliyyətimizdə paltar geyir, yemək
yeyir və sair. Bütün bunlar iqtisad elmində istehlak adlanır. İnsanlar gündəlik
fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. Bunlara pul, qiymət,
kredit, tələb, təklif, bazar, mənfəət, istehsal, əmtəə və s. göstərmək olar. İqtisadi
hadisələrinin tədqiqi bəzi hallarda bu və ya digər iqtisadi qanunun kəsb edilməsinə
səbəb olur.
Təbiətdə və ictimai həyatın digər sahələrində olduğu kimi iqtisadiyyatında da
ilk nəzərdən görünən hərcmərclik və təsadüflər silsiləsi arxasından inkişafın
zəruriliyi, qanunauyğunluğu özünə yol açır. Hər bir cəmiyyətdə iqtisadi prosesləri
onlara xas olan daxili qanunlar, iqtisadi qanunlar idarə edir.
Iqtisadi kateqoriyalar-iqtisadi hadisə və proseslərin ümumi cəhətlərini ifadə
edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mülkiyyət, istehsal,
bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal
göstərmək olar. Beləliklə, iqtisadi qanunlarla iqtisadi kateqoriyalar arasında
qarşılıqlı əlaqə vardır. Iqtisadi kateqoriyalar – obyektiv iqtisadi qanunların
məzmununu təşkil edən sabit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə və
proseslərin zahiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə im-
kan verir.