2. İdarəetmə baxımından iqtisadiyyatın bölgüsü formaları
İqtisadiyyatı
öyrənmə,
dərketmə
baxımından
yanaşdıqda
o,
makroiqtisadiyyat,
mikroiqtisadiyyat,
mezoiqtisadiyyat,
meqoiqtisadiyyat
sahələrinə bölünür. İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü
əsaslıdır.
Makroiqtisadiyyat – iqtisadi nəzəriyyənin iqtisadiyyatın bütövlükdə fəaliyyət
mexanizmini öyrənən hissəsidir. O bir çox mühüm problemləri – məşğulluq, milli
gəlirin səviyyəsi, inflyasiya, valyuta kursu, tədiyyə balansı – qarşılıqlı əlaqədə
nəzərdən keçirir. Bir müstəqil fənn kimi makroiqtisadiyyatın meydana gəlməsi Con
Meynard Keynsin adı ilə bağlıdır. Makroiqtisadiyyatın iqtisadi nəzəriyyənin
müstəqil hissəsi kimi formalaşmasına XX əsrin 20-30-cu illərindəki iqtisadi
dəyişikliklərin, o cümlədən Böyük depressiyanın güclü təsiri olmuşdur. İstehsala
azalma, işsizlik, bazarın iqtisadiyyatdakı ümumi tarazlığı bərpa etmək iqtidarında
olmaması – bütün bunlar makroiqtisadi nəzəriyyələrin formalaşması üçün başlanğıc
oldu.
Makroiqtisadiyyat
iqtisadiyyatda
yaranan
problemlərin
həllindən
“toxunmuşdur”. C.M.Keynsin “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi”
kitabında onlardan XX əsrin 40-70-ci illərində tədqiqatların əsasını təşkil edənlər
müəyyənləşdirilmişdir. Makroiqtisadi problemlərin öyrənilmə mexanizmi aşağıdakı
problemlərin nəzəri həllindən ibarətdir:
Məşğulluq səviyyəsini müəyyənləşdirən amillərin aşkar edilməsi.
İşsizliklə mübarizə metodlarının müəyyənləşdirilməsi.
Pulun rolunun və pula tələbi müəyyənləşdirən amillərin öyrənilməsi.
Nemətlər və pul bazarları arasında qarşılıqlı əlaqəni təmin edən əsas
vasitəçi kimi faiz dərəcəsinin rolunun təhlil edilməsi.
Müasir iqtisadi nəzəriyyə iqtisadi dinamika, inflyasiya, dövlət borcu, dövlətin,
digər institutların iqtisadi siyasəti, beynəlxalq iqtisadiyyatın problemlərini tədqiq
etməklə bu siyahını genişləndirdi.
Makroiqtisadiyyat mikroiqtisadiyyatla kifayət qədər sıx bağlıdır. Elmin
müstəqil bölməsi kimi makroiqtisadiyyat mikroiqtisadiyyatdan azı yarım əsr gec
formalaşmışdır, lakin iqtisadi nəzəriyyənin bu iki bölməsi arasında müəyyən
qarşılıqlı əlaqə var.
İqtisadiyyat kursunun 2-ci ən mürəkkəb bölməsi “Mikroiqtisadiyyat”dır.
İqtisadiyyatın bu bölməsində cəmiyyət üçün lazım olan maddi həyat nemətləri və
xidmətlər istehsal edilir. Hər bir ölkənin müasir təsərrüfatı özünün ictimailəşmə
səviyyəsinə görə müxtəlif olur. Mikroiqtisadiyyat iqtisadiyyatın ən aşağı pilləsidir,
ilkin qatıdır.
Mikroiqtisadiyyat (yunanca “mikros” – “kiçik” deməkdir) – vahid xalq
təsərrüfatının bir hissəsidir. Bütün istehsal amillərinə sahib olan xüsusi
mülkiyyətçilər və maddi nemətlərin və xidmətlərin istehsalçıları mikroiqtisadiyyat
bölməsinə daxildirlər. İqtisadiyyatla məşğul olan təsərrüfatçı subyektlərin
əksəriyyəti bu sahədə fəaliyyət göstərirlər. Onlar bu və digər formada maddi
nemətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində
iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiqtisadiyyatda yaranır.
Mikroiqtisadiyyat kapitalizmin azad rəqabətə, azad sahibkarlığa əsaslandığı
dövründə, yəni klassik kapitalizm şəraitində sürətlə inkişaf edib formalaşmışdır.
Xüsusi kapitalist müəssisələri, bazarın müxtəlif növləri, istehsal və bazar
infrastrukturları mikroiqtisadi səviyyədə yaranıb fəaliyyət göstərir. Son iki əsr
ərzində mikroiqtisadiyyatda böyük dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərdən
birincisi, istehsalın maddi amilinin mülkiyyətçisi olan sahibkarların tərkibində;
ikincisi, təsərrüfatın formasında; üçüncüsü də milli istehsalın tərkibində baş
vermişdir. Başlıca dəyişiklik onun quruluşunda olmuşdur. Bu dəyişiklikləri ilk
növbədə bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin timsalında aydın görmək olar.
Mezoiqtisadiyyat – makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı
sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye
kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.
Meqoiqtisadiyyat – bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa
sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.
Dostları ilə paylaş: