K2O · Al2O3· 6SiO2 - çöl şpatı və ya ortoklaz
Al2O3 · nH2O - boksit, alüminium filiz
Na3AlF6 - kriolit
Al2O3 – korund, tərkibində Cr2O3 olduqda yaqut, titan və dəmir oksidləri qarışığı olduqda sapfir adlanır.
Alınması. 1825 – ci ildə Danimarka alimi Ersted kalium ilə alüminium – xloridi hava daxil olmadan qızdırmaqla sərbəst alüminium almışdır.
AlCl3 + 3K → Al + 3KCl
Alüminium almaq üçün susuzlaşdırılmış və kənar qatışıqlardan təmizlənmiş boksitdən (Al2O3 · nH2O) istifadə edilir. Boksitin elektrik keçiriciliyini artırmaq və ərimə temperaturunu (20500 C) aşağı salmaq üçün 6-8% boksit ilə 92-94% kriolit qarışığı götürülür ki, bu da elektrolizi təxminən 10000C – də aparmağa imkan yaradır. Elektrolizor vannasının divarları və dibi istiliyi keçirməyən materiala döşənir və üzərinə qrafitdən üz çəkilir. Proses zamanı bu hissə katod rolunu oynayır. Anod kimi vannaya kömür çubuqlar daxil edilir. Elektroliz prosesində ərimiş boksit aşağıdakı sxem üzrə dissosasiya edir:
Dostları ilə paylaş: |