1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


II dövrdə 8 element yerləşir, Li



Yüklə 217,73 Kb.
səhifə104/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   ...   100   101   102   103   104   105   106   107   ...   203
Qafar kimya

II dövrdə 8 element yerləşir, Li-la başlayaraq Ne-la tamamlanır. Burada He-un elektron quruluşu təkrar olunmaqla yeni L kvant səviyyəsi (n=2) yaranır. Xarici kvant səviyyəsinin elektron quruluşu 2s12p0 – 2s22p6 formuluna uyğun olaraq dəyişir və valent elektronlarının sayı 1-dən 8-ə qədər artır. Dövrün əvvəlki iki elementi s-, sonrakılar p- elementlərdir.

III dövr Na başlayaraq Ar-la qurtarır və elementlərin sayı 8-dir. Ne –nun elektron quruluşu təkrar olunmaqla yeni üçüncü M kvant səviyyəsi (n=3) yaranır. Xarici kvant səviyyəsinin elektron quruluşu 3s13p0 – 3s23p6 formuluna uyğun olaraq dəyişir və elektronların sayı 1-də 8-ə qədər artır.

 

Elektronların kvant səviyyələrində və orbitallarda qanunauyğun paylanması nəticəsində hər bir element atomuna məxsus elektron quruluşu yaranır. Atomun elektron quruluşu elektron konfiqurasiyası da adlanır və elktron formulu ilə ifadə edilir. Elektron formulunu tərtib etmək üçün kvant ədədlərinin qiymətlərini, Pauli prinsipini, Kleçkovski və Hund qaydalarını, elektronların orbitallarda paylanma prinsipini və elementin dövri sistemdə mövqeyini bilmək lazımdır.



Elektron formulunda yarımsəviyyələri göstərən s, p, d, f, hərflərinin əmsalında baş kvant ədədinin qiyməti, onların yuxarı hissəsində sağ tərəfdən yarımsəviyyələrdəki elektronların sayı yazılır. 4p3 yazılışı göstərir ki, dördüncü kvant səviyyəsinin p- yarımsəviyyəsində üç elektron vardır. Deyilənləri aydınlaşdırmaq üçün bir neçə element atomunun elektron formulunu tərtib edək.

 

14Si 1s2 2s2 2p6 3s2 3p2



20Ca 1s2 2s2 2p6 3s2 3p6 4s2

21Sc 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d1




Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin