5.KOVELENT RABİTƏ NÖVLƏRİ. RABİTƏNİN DOYMUŞLUĞU VƏ İSTİQAMƏTLİYİ.DONOR-AKSEPTOR(KOORDİNATİV )RABİTƏ
Kovalent rabitələr. Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Kovalent rabitə əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir.
Əks-spinli tək elektronların qoşalaşması ilə.
Donor-akseptor mexanizmi ilə.
Birinci halda kovalent rabitə atomların əks-spinli tək elektronlarının şərikləşdirilməsi yolu ilə yaranır və həmin proses elektron buludlarının qapanması kimi təsəvvür olunur. Bu halda əmələ gələn rabitələrin sayı şərikli elektron cütlərinin və yaxud hər bir atoma məxsus tək elektronların sayına bərabərdir. Həm eyni (s-s, p-p, d-d), həm müxtəlif (s-p, s-d, p-d) elektron orbitallarının qapanması nəticəsində kovalent rabitənin əmələ gəlməsi aşağıdakı şəkildə göstərilir. Həmin orbitalların qapanmasından müxtəlif enerjili kovalent rabitə yaranır. Kimyəvi rabitə yaradan hər elektron cütü bir valent xətlə (-) işarə olunur.
Rabitənin əmələgəlmə mümkünlüyünü göstərmək üçün atomdakı tək elektronların sayının və valentliyin müəyyən edilməsi vacibdir. Belə elektronlar bəzən atomun normal, bəzən də həyəcanlanmış vəziyyətində yaranır. Tək elektronların sayı Hund qaydasına və eyni kvant səviyyəsində vakant orbitalların olmasına əsasən müəyyən edilir.
7N 1s2 2s2 2p1x py1 pz1
8O 1s2 2s2 2p2x py1 p1z
9F 1s2 2s2 2p2x py2 pz1
Kovalent rabitə həm eyni (H2, O2, F2, Cl2 molekullarında, almaz kristalında), həm də müxtəlif atomlar (H2O, HCl, NH3) arasında yaranır.
Dostları ilə paylaş: |