ATOMUN ELEKTRON QURULUŞU VƏ ELEMENTLƏRİN DÖVRİ SİSTEMİ
Atomun quruluşu ilə dövri sistemin qarşılıqlı əlaqəsinin mühüm əhəmiyyəti vardır. Atomun elektron quruluşunun öyrənilməsi dövri sistemi nəzəri cəhətdən əsaslandırmağa və onun qanunauyğunluqlarını dərk etməyə kömək etdiyi kimi, dövri sistem də atomun mürəkkəb quruluşunu aydınlaşdırmaqda mühüm rol oynamışdır. Atomun elektron quruluşu dedikdə, enerji ardıcıllığı ilə yerləşən kvant səviyyələrinin yarımsəviyyələrdən, sonuncuların isə elektronla tutulmuş orbitallardan təşkil olunduğu başa düşülməlidir. Dövri sistemdə s – elementlər IA – IIA (He – dan başqa), p – elementlər IIIA – VIIIA (əsas) yarımqruplarında, d – elementlər isə IB – VIIIB (əlavə) yarımqruplarda yerləşir. f – elementlər dövri sistemin qısa formalı variantında cədvəldən kənarda yerləşir.
I dövrdə iki s- element (hidrogen və helium) vardır. Hidrogen atomunda olan yeganə bir 1s1, heliumun isə iki 1s1 elektronu K kvant səviyyəsində (n=1) yerləşir.
Dostları ilə paylaş: |