1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


Sabit qatılıqda temperaturun hər 10



Yüklə 217,73 Kb.
səhifə191/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   ...   187   188   189   190   191   192   193   194   ...   203
Qafar kimya

Sabit qatılıqda temperaturun hər 100 C artması əksər homogen reaksiyaların sürətini 2 – 4 dəfə artırır. Qaydanın riyazi ifadəsi aşağıda göstərilir:

υt2 = υt1 γ t2 – t1 / 10

υt1 υt2 reaksiyanın t1t2 temperaturundakı sürətləri; γ isə reaksiya sürətinin temperatur əmsalıdır. Reaksiya sürətinin temperaturdan asılılığı dəqiq olaraq Arrenius tənliyi ilə ifadə edilir:

k = A∙e –EA / RT

k – mütləq temperaturda sürət sabiti; A –(tezlik əmsalı) temperaturdan asılı olmayan sabit kəmiyyət; E – isə aktivləşmə enerjisidir, T –mütləq temperatur, R-universal qaz sabiti, e – natural loqarifmin əsası.

e –EA / RTaktiv mol (NAK) ümumi mol (N) sayının nisbətinə bərabər olub, reaksiyanın getmə ehtimalını göstərir. (Bolsman görə, NAK / N = e –EA / RT ).

Maddənin bir molunun aktivləşməsi üçün sərf edilən enerji miqdarına aktivləşmə enerjisi deyilir və kC / mol ilə ölçülür.

3.METAL VƏ HİDROGEN RABİTƏLƏRİ

Metal rabitə. Dövri sistem elementlərinin əksəriyyəti metallardır. Metalların bir-birindən fərqlənmələrinə baxmayaraq,onların ümumi xassələri də vardır. Metallar yüksək elektrik və istilik keçiriciliyinə, plastikliyə,metal parıltılığına, reduksiyaedici və s. ümumi xassələrə malikdir. Bütün bu xassələr metal rabitəsinin təbiəti ilə əlaqədardır. Metal rabitəsi eyni metal atomları arasında mövcuddur.

Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında qarşılıqlı təsirdən yaranan delokallaşmış çoxmərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir. Metal rabitəsi metalın kristal halında mövcuddur. Buxar fazada metallar atomlar və ya ikiatomlu molekullar halında olur (Na2, K2 və s.).




Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin