II q a y d a : n+l cəminin ədədi qiyməti bərabər olan iki orbitaldan baş kvant ədədinin qiyməti kiçik olan orbital əvvəlcə dolur. 3d və 4p – orbitalları üçün n+l cəmi bərabərdir ( 3+2=5; 4+1=5). Bu halda 3d – orbitalı üçün n=3 və 4p – orbitalı üçün n=4 olduğundan, qaydaya əsasən 3d – orbitalı 4p- orbitalından əvvəl dolur.
3d n+l = 3+2=5
4p n+l = 4+1=5
Kleçkovski qaydasında kənara çıxma halları da müşahidə olunur. Cu, Ag, Au, Cr, Mo, Pd, La, Ac orbitalların elektronla dolması zamanı həmin qayda pozulur. Ümumiyyətlə, orbitalların elektronlarla dolma ardıcıllığı aşağıdakı kimi olur:
1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s 4f 5d 6p 7s 5f 6d 7p...
BİLET-10
1.TƏRKİBİN SABİTLİYİ QANUNU.DALITONİTLƏR VƏ BERTOLİTLƏR
Bu qanun 1801-ci ildə fransız alimi J.Prust tərəfindən kəşf olunmuşdur və aşağıdakı kimi ifadə olunur:
Alınma üsulundan və şəraitindən asılı olmayaraq hər bir kimyəvi birləşmənin tərkibi sabit qalır.
CO2 – nin müxtəlif üsullarla alınmasına baxmayaraq onun kimyəvi tərkibi həmişə sabitdir:
Dostları ilə paylaş: |