C% = (m / m1)·100
C% - məhlulun faizlə qatılığı; m – həll olan maddənin kütləsi; m1 – məhlulun kütləsidir. m1 = dV olduğundan C% = (m / dV)·100
d- məhlulun sıxlığı, V – məhlulun həcmidir.
Molyar qatılıq (CM). Həll olmuş maddə miqdarının məhlulun həcminə olan nisbətinə onun molyar qatılığı deyilir. Məhlulun molyar qatılığı onun 1 litrində həll olmuş maddə mollarının sayı ilə ifadə olunur.
CM= n / V
Burada; n – həll olmuş maddənin mollarının sayı; V – məhlulun həcmidir.
n = m / M olduğundan CM = m / M · V olar.
M – həll edilmiş maddənin molekul kütləsi; m- isə həll edilmiş maddənin kütləsidir. Məhlulun həcmi millilitrlə verildikdə, CM = m · 1000 / M·V
Molyal qatılıq. Məhlulun molyal qatılığı 1000q həlledicidə həll olmuş maddənin mollarının sayını göstərir.
Dostları ilə paylaş: |