C + O2 → CO2 ; CaCO3 → CaO + CO2
Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O
Bu qanun molekulyar quruluşlu sabit tərkibli birləşmələrə tam tətbiq olunur, lakin dəyişkən tərkibli maddələrdə pozulur. Bertoli qəbul edirdi ki, alınması üsulundan və şəraitindən asılı olaraq dəyişən tərkibli birləşmələr alınır. Lakin onun bu fikri qəbul edilmədi. 1912-1913 illərdə akademik Kurnakovun apardığı tədqiqatlar nəticəsində müəyyən etdi ki, reaksiyalar zamanı dəyişən tərkibli birləşmələr alınır. Məs. Zn-in N-la ZnN0,59, ZnN0,69, ZnN0,89 dəyişən tərkibli nitridlər əmələ gətirir. İndeksi kəsr ədədlərdən ibarət olan birləşmələri Bertolidlər adlandırırlar. İndeksi tam ədədlərdən ibarət olan birləşmələri isə Daltonidlər adlandırırlar ( C6H6, CH4, PCl3 ).
BİLET-12
1.QALVANİK ELEMENTLƏR(Cu Zn)DANİEL-YAKOBİ QALVANİK ELEMENTİ
Elektrokimyəvi proseslər oksidləşmə- reduksiya reaksiyalarına əsaslanır. Belə proseslərdə elektronlar reduksiyaedicidən oksidləşdiriciyə keçir və qalvanik element əmələ gəlir. Qalvanik element kimyəvi enerjini elektrik enerjisinə çevirən cihazdır. Misal olaraq, Yakobi – Daniel qalvanik elementinin işini nəzərdən keçirək. Sink- sulfat və mis 2- sulfat məhlullarına müvafiq olaraq sink- və mis lövhələr daxil edilir. Məhlullar bir-birindən məsaməli arakəsmə vasitəsilə ayrılır. Sink daha aktiv olduğu üçün məhlula sink ionları göndərir, mis elektrodu üzərində isə mis ionları toplanır. Beləliklə, sink mənfi, mis isə müsbət elektrod vəzifəsini görür.
Elektronların sinkdən misə keçməsi dövrədə elektrik cərəyanının
əmələ gəlməsinə səbəb olur. Elektrodlar üzərində aşağıdakı proseslər gedir.
Dostları ilə paylaş: |