Homogen reaksiyanın sürəti vahid zamanda sistemin vahid həcmində reaksiyaya daxil olan və ya reaksiyadan alınan maddənin miqdarı ilə ölçülür.
υhomog. = Δn / V Δt
n / V = C; Δn / V = ΔC; υhomog. = ΔC / Δt
Maddə molları sayının sistemin vahid həcminə nisbəti molyar qatılığı (C) ifadə edir: ölçü vahidi - mol / sm3 ∙ dəq., mol / l ∙san.
Heterogen reaksiyanın sürəti isə vahid zamanda sistemin bərk fazasının vahid səthində reaksiyaya daxil olan və ya reaksiyadan alınan maddələrin miqdarı ilə ifadə olunur.
υheterog. = Δn / S Δt
n– reaksiya zamanı alınan maddə mollarının sayı; V – sistemin həcmi; t – zaman; S – faza səthinin sahəsi; Δ – isə dəyişilmə fərqidir; ( Δn = n2 –n1; Δt = t2 – t1 )
Maddə molları sayının sistemin vahid həcminə nisbəti onun molyar qatılığını (C) ifadə edir:
Reaksiyanın sürətinə təsir edən əsas amillər sırasına qatılıq, temperatur, katalizator, qaz halında maddələr üçün isə təzyiq daxildir. Reaksiya sürətinin qarşılıqlı təsirdə olan maddələrin qatılıqlarından asılılığı 1867 – ci ildə Norveç alimləri K.Quldberq və P.Vaage tərəfindən müəyyən edilmiş kütlələrin təsiri qanunu ilə ifadə olunur:
Sabit temperaturda gedən reaksiyaların sürəti, reaksiyaya daxil olan maddələrin qatılıqları hasili ilə düz mütənasibdir.
Dostları ilə paylaş: |