1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə55/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   ...   51   52   53   54   55   56   57   58   ...   203
Qafar kimya

Al2O3 (Al AlO3) → Al3+ + AlO33-

Katodda: Al3+ + 3e- → Al0

Anodda: 4AlO33- – 12e- → 2Al2O3 + 3O2

Fiziki xassələri. Gümüşü – ağ, yüngül (p=2,7 q / sm3) plastik, tər = 6600C – də əriyən metaldır. Elektrik keçiriciliyinə görə yalnız Ag və Cu – dən geri qalır.

Kimyəvi xassələri. Alüminium havada qaldıqda üzərində sıx oksid təbəqəsi, nəm havada qaldıqda isə səthində nazik hidroksid təbəqəsi əmələ gəlir; xırdalanmış halda közərtdikdə şiddətli alovla yanaraq oksidə çevrilir. Üzərindəki oksid təbəqəsini dağıtdıqda alüminium adi şəraitdə su, oksigen, xlor və bromla reaksiyaya girir. Alüminium hidogenlə birbaşa reaksiyaya girə bilmir, onun hidridi dolayı yolla alınır.

4Al + 3O2 → 2Al2O3 2Al + N2 → 2AlN

2Al + 3Cl2 → 2AlCl3 2Al + 3S → Al2S3

4Al + 3C → Al4C3

2Al + 6H2O → 2Al(OH)3 ↓+ 3H2

AlCl3 + 3LiH → AlH3 + 3LiCl

Alüminium duru turşulardan hidrogeni çıxarır.



2Al + 6HCl(d) → 2AlCl3 + 3H2

2Al + 3H2SO4(d) → Al2(SO4)3 + 3H2

Alüminium duru nitrat turşusunda asanlıqla həll olur.



8Al + 30HNO3 (d) → 8Al(NO3)3 + 3N2O + 15H2O

Qatı sulfat və nitrat turşuları alüminiumu passivləşdirir. Buna görə də, bu turşuları alüminium qablarda daşımaq və saxlamaq mümkündür. Lakin qızdırdıqda qatı sulfat turşusunda həll olur.



Al + 6HNO3(q) → Al(NO3)3 + 3NO2 + 3H2O

2Al + 6H2SO4(q) → Al2(SO4)3 + 3SO2 + 6H2O

Alüminium güclü reduksiyaedicidir. Alüminium tozu ilə maqnetitin qarışığı termit adlanır ki, ondan dəmiryol xərlərinin qaynaq edilməsində istifadə olunur. Termitin yanması aşağıdakı tənliklə ifadə olunur.



8Al + 3Fe3O4 → 9Fe + 4Al2O3

Al ərintidə və məhlulda qələvilərlə qarşılıqlı təsirdə olur.



2Al + 6NaOH → 2Na3AlO3 + 3H2 ərintidə

2Al + 6NaOH + 6H2O → 2Na3[Al(OH)6] + 3H2 məhlulda

Alüminium və onun birləşmələrinin tətbiqi. Alüminiumun texniki cəhətdən qiymətli olan bəzi kimyəvi, fiziki və mexaniki xassələri, onun texnikada geniş miqyasda işlədilməsinə səbəb olmuşdur. Müxtəlif məişət əşyaları hazırlanır. Dəmir məmulatını korroziyadan qorumaq üçün səthləri alüminiumla örtülür. İstehsalatda dəmirdən sonra ikinci yer tutur. Onun ərintilərindən olan düralümin (94% Al, 4% Cu, 0,5% Mg, 0,5% Mn, 0,5% Fe, 0,5% Si), maqnaliy (Al, Mg) təyyarə, avtomobil sənayesində, gəmilərin hazırlanmasında geniş tətbiq edilir.

2.PAULİ PRİNSİPİ.MİNİMUM ENERJİ PRİNSİPİ VƏ KLEÇKOVİSKİ QAYDASI


Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin