F = N· e = 6,02·1023·1,6022·10-19 = 96500 Kl / ekv.
İkinci qanuna əsasən K = E / F yazmaq olar. Burada E – ekvivalentdir. Faradeyin I və II qanunlarının birləşmiş ifadəsi: m = E·Q / F = E ·( I · t) / F
3.ALÜMİNİUMUN TURŞU VƏ QƏLƏVİLƏRLƏ REAKSIYASI
Alüminium duru turşulardan hidrogeni çıxarır.
2Al + 6HCl(d) → 2AlCl3 + 3H2
2Al + 3H2SO4(d) → Al2(SO4)3 + 3H2
Alüminium duru nitrat turşusunda asanlıqla həll olur.
8Al + 30HNO3 (d) → 8Al(NO3)3 + 3N2O + 15H2O
Qatı sulfat və nitrat turşuları alüminiumu passivləşdirir. Buna görə də, bu turşuları alüminium qablarda daşımaq və saxlamaq mümkündür. Lakin qızdırdıqda qatı sulfat turşusunda həll olur.
Al + 6HNO3(q) → Al(NO3)3 + 3NO2 + 3H2O
2Al + 6H2SO4(q) → Al2(SO4)3 + 3SO2 + 6H2O
Al ərintidə və məhlulda qələvilərlə qarşılıqlı təsirdə olur.
2Al + 6NaOH → 2Na3AlO3 + 3H2 ərintidə
2Al + 6NaOH + 6H2O → 2Na3[Al(OH)6] + 3H2 məhlulda
4.METAL VƏ HİDROGEN RABİTƏLƏRİ
Metal rabitə. Dövri sistem elementlərinin əksəriyyəti metallardır. Metalların bir-birindən fərqlənmələrinə baxmayaraq,onların ümumi xassələri də vardır. Metallar yüksək elektrik və istilik keçiriciliyinə, plastikliyə,metal parıltılığına, reduksiyaedici və s. ümumi xassələrə malikdir. Bütün bu xassələr metal rabitəsinin təbiəti ilə əlaqədardır. Metal rabitəsi eyni metal atomları arasında mövcuddur.
Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında qarşılıqlı təsirdən yaranan delokallaşmış çoxmərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir. Metal rabitəsi metalın kristal halında mövcuddur. Buxar fazada metallar atomlar və ya ikiatomlu molekullar halında olur (Na2, K2 və s.).
Dostları ilə paylaş: |