1. Klinik psixologiyanın predmeti



Yüklə 167,82 Kb.
səhifə10/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
klinik ümumi cavablar

-Psixotik motivlər – digər klinik praktikada rast gəlinir. Aqressiya düşüncə pozuntusu, qavrama və təfəkkür pozuntuları ilə bağlı olur.
Aqressiyanın baş verməsinə səbəb olan şəxsi keyfiyyətlərdən aşağıdakıları qeyd etməliyik:
-Emosional defisit – başqasının halına acımamaq, dərdinə şərik olmamaq, insanların hisslərinə və tələbatına biganəlik.
-Aqressiyanın qərəzli nişanələri – özünün neqativ emosional məqsədlərini başqalarına şamil etmək. Bunun nəticəsində ətrafdakıların müsbət və ya neytral hərəkətləri aqressiv cavab reaksiyalı tələb edən düşmənçilik kimi qiymətləndirilir.
-Patoloji qıcıqlanma – hətta ən xırda təhrikedici amilə qarşı dərhal reaksiya vermək. Belə adamlar tez özündən çıxaraq, yaranmış münaqişəli vəziyyətdə daha aqressiv davranış formaları seçirlər.
-İnternallıq – istənilən şəraitdə hadisələrin gedişinə təsir edə bilmək inamıdır. Tədqiqatların nəticəsinə görə internal şəxslər aqressiyanı arzuladıqları məqsədə çatmaq üçün vasitə hesab edirlər.
-Xəcalət hissi – “Mən”in neqativ qiymətləndirilməsi nəzərdə tutulur. Qəribə görünsə də, tez – tez xəcalət çəkən insanlar özlərini təhqir olunmuş hiss etdikdə “günahkar” olanlara qarşı hiddət və düşmənçilik hissini büruzə verirlər.
Özünə nəzarət və aqressiya arasında qarşılıqlı əlaqələri öyrənən Meqharçının tədqiqatları nəticəsində mühüm məlumatlar əldə edilmişdir. Zorakılığın ifrat formalarını müşahidə edən tədqiqatçı belə bir heyrətamiz nəticəyə gəlmişdir ki, ən dəhşətli cinayətləri həmişə qeyri – fəal, səbrli və təmkinli görünən şəxslər törədir. Onlara özlərinə həddindən artıq nəzarət edən aqressorlar adı verilmişdir. Belə insanlara güclü cilovlayıcı başlanğıc xas olduğundan onlar son ana – aqressiya baş verənədək məqsədlərini büruzə vermədən sakit görünürlər.
Aqressiv davranışın formalaşmasında iqtisadi amillər böyük rol oynayır. Çoxsaylı tədqiqatlar zorakı əməllərin əhalinin aşağı sosial təbəqələri arasında daha çox olmasını təsdiq edir. Kasıblıq, savadsızlıq, işsizlik şəxsin məqsədə şatmaq imkanlarını xeyli zəiflətdiyindən frustrasiyanın vacib faktoru kimi aqressiv əməllərə meyli gücləndirir. Təhlükəli davranış formaları ilə bağlı olan psixi pozuntuların vaxtında aşkar olunub, müalicə edilməsi psixi xəstələrin aqressiv əməllər törətməsi riskini xeyli azaldır.
Alkoqol və narkotiklərdən istifadə də aqressiv hərəkətlərə səbəb olur. Belə ki, sərxoş vəziyyətdə olan insan normal, qeyri – aqressiv mexanizmləri tam həcmdə istifadə edə bilmir və özünü idarə və vəziyyətin adekvat qiymətləndirmə imkanları kəskin enir.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin