1. Klinik psixologiyanın predmeti


Suisidal davranış tipləri



Yüklə 167,82 Kb.
səhifə13/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
klinik ümumi cavablar

Suisidal davranış tipləri. Suisidal hərəkətlərin təsnifatı barədə bir çox alimlər belə bölgü verirlər:

    1. Suisidal məqsədlər – intihar haqqında fikirlər, həyatdan getmək üsullarının düşünülməsi, müxtəlif hazırlıq işləri (Məs. vəsiyyətnamələrin tərtib olunması və ya ölümqabağı kağızlar yazmaq, zəhərli maddələr haqqında məlumat toplamaq) suisidal məqsədlərə aid edilir.

    2. Suisidal cəhdlər nisbətən az təhlükəli davranış formalarından ( Məs. az miqdarda dərman qəbulu) həyat üçün təhlükəli olan autoaqressiv əməllərə qədər geniş sahəni əhatə edir.

    3. Tamamlanmış suisid – insanın həyatdan getməsi ilə əlaqədardır. Suisidal məqsəd, cəhd və tamamlanmış suisidin ümumi cəhətləri olsa da, həqiqətdə onlar müxtəlif əməllərdir. Hətta təqribi hesablamalara görə, suisidal cəhdlərə tamamlanmış suisidlərə nisbətən 4-15 dəfə çox rast gəlinir. Nəzərə almaq lazımdır ki, əksər hallarda suisidal cəhdlər qeydə alınmadığından dəqiq rəqəmlər məlum deyil.

Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd etmişdir:

  • Eqoistik suisid – öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir;

  • Anomik suisid – sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir;

  • Altruistik suisid – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.

Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə suisid, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş suisid (Məsələn, suisiddən əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv suisid (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.
İntihar metodları sosial statusdan, cinsdən, peşə mənsubiyyətindən asılı olaraq müxtəlif olur. Odlu silah sərbəst satılan ölkələrdə (məsələn, ABŞ-da) silahın istifadəsilə intiharlara tez-tez təsadüf edilir. Bu metoddan həmçinin hərbiçilər və polis işçiləri də istifadə edirlər. Bəzi ölkələrdə suisidlər dərman preparatları və kimyəvi zəhərlər vasitəsilə həyata keçirilir. Özünü asma, özünü kəsmə, hündürlükdən atılma və ya özünü hərəkət edən nəqliyyatın qarşısına atma hallarına tez – tez rast gəlinir. Azərbaycanın bəzi bölgələrində qadınlar özünü yandırma üsuluna əl atırlar.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin