1. Klinik psixologiyanın predmeti


Suisidal davranışın motivasiyaları



Yüklə 167,82 Kb.
səhifə15/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
klinik ümumi cavablar

Suisidal davranışın motivasiyaları. Nə üçün insanlar intihar edir? Sualı sadə sual deyil. Ən bəsit izah suisidal davranışı psixi xəstəliyin ayağına yazmaqdır. Ancaq psixi xəstələrin əksəriyyəti, ümumiyyətlə, suisidal cəhd göstərmir. İntihar edənlərin çoxu isə bunu remissiya vəziyyətində, yəni xəstəliyin kəskin simptomları özünü büruzə vermədikdə icra edir. Bundan başqa heç bir sağlam insan qarşılıqlı münasibətlərdən sarsılma, nüfuzunun itirilməsi, qanunla ixtilaf, ağır fiziki xəstəlik və s. müşayiət olunan böhran vəziyyətlərinə düşməkdən sığorta olunmayıb. Belə hallarda bir çox insanlar yeganə çıxış yolunu intiharda görür, yaranmış böhranı həll edə bilən amilləri isə görmür və ya onları düzgün qiymətləndirə bilmirlər.




Autoaqressiya

Aqressiya










Suisidal
əməllər







Qaçış

Çağırış

Suisidlərin motivasion strukturu


(Henslerə görə)
Şəkildə suisidal əməllərin arasında duran mümkün olan gizli motivlər göstərilmişdir. Misal olaraq, belə bir mənzərəni nəzərdən keçirək. Qadın sevdiyi adamla münasibətlərini pozduqdan sonra suisidal cəhd göstərir. Bir halda onun hərəkəti sevgilisinin ona rəhm edib qayıtmasını nəzərdə tutur. Digər halda onun əməli iztirablardan və tənhalıqdan qaçış kimi qiymətləndirilir. Üçüncü halda incidiyi adamı qorxutmaq və intiqam almaq istəyi qeyd olunur. Nəhayət, münasibətlərin pozulmasında özünü təqsirkar hiss etməsi də aydın olur. R.Tolle yazır: “Suisidal əməllər həyatı qorumaq tendensiyalarını məqbul sayır və eyni zamanda onu məhv edən tendensiyanı qəbul edir”.
Aparılmış tədqiqatlar bir daha sübut edir ki, suisidal hərəkətlər haqqında bu günədək mövcud olan bəzi fikirləri tədqiq etməyə, onları yenidən işləməyə ehtiyac vardır.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin