Silah tətbiqi, özünü hündürlükdən atma, özünü asma
Özünü kəsmə, dərmanla zəhərlənmə
Cəhd yeri
Öz evi
Evdən kənarda
Sutkanın vaxtı
6 :00 – 17:59
18: 00 – 5:59
Suisidal pasiyentlərə yardım göstərilməsinin praktiki məsələləri. İntihar təhlükəsi haqqında düşüncələr hər hansı mütəxəssislər üçün ən mürəkkəb və məsuliyyətli məsələdir. Suisidal məqsədlər haqqında birbaşa xəbərdarlıqlar, həyatın mənasız və öz vəziyyətinin ümidsiz olması haqqında fikirlər, ciddi sosial və şəxsi problemlərin olması, psixi vəziyyət (kəskin psixopatoloji simptomlar, psixoaktiv maddələrdən istifadə), eləcə də fiziki vəziyyət təhlükə olduğunu göstərən faktorlardır. Yadda saxlamaq lazıpmdır ki, pasiyent tərəfindən suisidal arzuların fəal şəkildə nümayiş etdirilməsi həyatın mənasız olması haqqında fikirlər, köməksiz olduğunu tez – tez yada salmaq və digər hallar həyatı könüllü tərk etmək haqqında ciddi fikirlərin olmasını göstərir. Belə hallarda açıq şəkildə soruşmaq lazımdır ki, nə üçün o, özünü öldürmək qərarına gəlib. “Ailəmə, həyat yoldaşıma, anama, uşaqlarıma görə” cavabları inandırıcı görünür. Eyni zamanda öyrənmək lazımdır: Pasiyentin əməlləri nə ilə əlaqədar meydana çıxmışdır? Öz hərəkətlərini necə planlaşdırıb? Məxfiliyi saxlamaq üçün hansı tədbirlərə əl atıb? Ətrafdakılardan kömək gözləyibmi? “Final akt” (ölümqabağı qeydlər) olmuşdurmu?
Suisid təhlükəsi müəyyənləşdirildikdən sonra xəstənin hospitalizasiya məsələsini həll etmək olduqca vacibdir. Nisbətən zəif ifadə olunmuş suisidal riski olan şəxslərə ambulator yardımı təklif oluna bilər. Ambulator yardım yalnız aşağıdakı hallarda məqbul sayıla bilər.
-Mütəxəssis konkret şəxsi yaxşı tanıyırsa; -24 saat müddətində ixtisaslaşmış yardım göstərmək imkanı varsa: -Pasiyentin yaxın adamları ona sutka ərzində nəzarət etməyi öz öhdələrinə götürürlərsə.