1. Klinik psixologiyanın predmeti


Hipnoz Hipnozun tarixi



Yüklə 167,82 Kb.
səhifə25/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
klinik ümumi cavablar

Hipnoz
Hipnozun tarixi. Hipnoz və ona bənzər hadisələrlə insanlar cəmiyyətin inkişafının bütün tarixi mərhələlərində qarşılaşmışlar. Tarixi mənbəələrdən bəlli olan məlumatlara görə e.ə. 11 əsrdə Yunanıstanda və Misirdə dərvişlər hipnozetmə qabiliyyətlərinə malik olmuşlar. E.Ə. yaşamış məşhur Yunan həkimi Asklepiadın verdiyi məlumata görə, hipnoz və təlqin vasitəsilə xəstələrin müalicəsi geniş yayılmışdı.
Orta əsrlərdə hipnoz və təlqin haqqında toplanmış təcrübə və biliklər xeyli unuduldu. Bəzi ölkələrdə din xadimlərinin göstərişi ilə hipnoz etmək qabiliyyəti olan adamlar təqib olunurdu.
Nəhayət XV1 və XV11 əsrlərdən başlayaraq hipnoza yenidən maraq oyanmağa başlandı. “Heyvani maqnetizm” anlayışı da həmin vaxtdan meydana gəldi. Fantastika və mistikaya arxalanan bu baxışları həmin dövrün məşhur həkimi Parasels də müdafiə edirdi. Bir qədər sonra Van-Helmont və Fluyid sübut etməyə çalışırdılar ki, bir şəxs digərlərinin beyninə gözləri və əlləri vasitəsilə xüsusi “həyat qüvvəsi” ötürmək və beləliklə həmin şəxsi öz təsiri altına salmaq qabiliyyətinə malikdir. Sonralar bu “qüvvə” Fluyid adlandırıldı və onun tərkib hissəsinin maqnit olması fikri söylənildi. “Canlı maqnetizm”, “heyvani maqnetizm” anlayışı bu yolla meydana çıxdı. “Heyvani maqnetizm qüvvəsinə” malik olan şəxsləri maqnetizyor adlandırmağa başladılar.
Öz təcrübələrində və müalicə işlərində maqnetizmdən geniş istifadə edən Frans Mesmer 1774-cü ildə Paris Elmlər Akademiyasına heç də elmi dəlillərə əsaslanmayan bir tezis təqdim etdi. Əvvəllər astrologiya – səma cisimlərinin insan orqanizminə təsirini öyrənməklə məşğul olan Mesmer xəstələri maqnetik qüvvə ilə müalicə etməyə başladı. Tərkibində maqnit olan metallardan hazırlanmış üzük,bilərzik, kəmər və s. geniş istifadə edən Paraselsdən fərqli olaraq, Mesmer əlində tutduğu maqnit çubuqdan istifadə edirdi. Lakin sonralar maqnitsiz də - əlləri vasitəsilə təsir etməklə eyni effekt alındığını görən Mesmer ancaq bu üsulla (xəstənin başından ayağına doğru əlləri ilə sığallayıcı hərəkətlər) xəstələri müalicə edirdi.
X1X əsrin birinci yarısı psixi təsir vasitələrinin öyrənilməsində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Hipnotizm termini də həmin illərdə ingilis həkimi Brid (1795-1860) tərəfindən ədəbiyyata daxil edilmişdir. Bir dəfə maqnetizm seansında tamaşaçı kimi iştirak edən Brid bu təcrübələri elmi əsaslarla öyrənmək qərarına gəlir. İlk təcrübələrini ailə üzvləri, dostları arasında tətbiq edir. Bridin apardığı təcrübələr belə təsvir edilir: o, dostu Valekrə diqqətlə əlində tutduğu butulkanın boğaz hissəsinə baxmağı təklif edir. Üç dəqiqədən sonra Valekrin gözləri yorulur və o dərin yuxuya gedir. Sonra Brid arvadına stolun üstünə qoyulmuş qəndqabının parıldayan metal hissəsinə baxmağı təklif edir. İki dəqiqədə sonra o dərin yuxuya gedir. Sonra Brid həmin qayda ilə xidmətçi qadını da yatızdırır. Apardığı təcrübələri ümumiləşdirərək Brid, hipnoz yuxusunun ancaq psixoloji təsir nəticəsində yarandığını qeyd edir.Brid öz həkimlik təcrübəsində hipnozdan geniş istifadə etmiş, bir sıra xəstələri, məs. nevralgiyaları, baş ağrılarını, isteriya nəticəsində yaranan parezləri, cəngolma tutmalarını müvəffəqiyyətlə müalicə etmişdir.
Fransada elmi əsaslarla ilk dəfə hipnoz hadisəsini öyrənən həkim Azam olmuşdur. O, sinir sisteminə xüsusi təsir göstərməklə əldə edilən yuxu, katalepsiya, ağrı hissiyatının itməsi kimi halları hipnozun psixo – fizioloji effektləri kimi qiymətləndirmiş və gələcəkdə bu təcrübənin bioloji əsaslarının dərindən öyrənilməsini tövsiyə etmişdir.
Rusiyada hipnoz hadisəsini ilk dəfə elmi əsaslarla öyrənməyə təşəbbüs göstərən və 1881-ci ildə hipnozun tətbiqi haqqında məqalələr çap etdirən Maçutkovski və Oks olmuşdur. Həmin illərdə Xarkov universitetinin professoru, tanınmış fizioloq V.Y.Danilevski müxtəlif heyvanlar üzərində hipnoz fenomenini tədqiq etmiş və bu haqda maraqlıə kitab yazmışdı. Hipnoz elminin tədqiqi sahəsində görkəmli xidmətləri olan A.A.Tokarski və V.M.Bexterevin də adlarını qeyd etmək lazımdır.
1980-90-cı illərdə SSRİ ərazisində televiziya vasitəsilə Kaşpirovskinin kütləvi seansları oldu. 1989-91-ci illərdə Bakı şəhərində və Naxçıvanda prof. N.V.İsmayılovun iştirakı ilə kütləvi hipnoz müalicə seansları təşkil olundu.



Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin