1. Klinik psixologiyanın predmeti


Psixodiaqnostik və emprik model



Yüklə 167,82 Kb.
səhifə22/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
klinik ümumi cavablar

Psixodiaqnostik və emprik model. Bu model üzrə psixoterapevtik iş aparan ailə psixoloqu hər bir ailə üzvü ilə ayrılıqda yaxından ünsiyyətə daxil olmaqla, onların arzu və istəklərini öyrənməyə çalışır. Müsahibə zamanı hər kəsin öz fikrini sərbəst ifadə edə bilməsi üçün şərait yaradılır.Bu məqsədlə psixoterapevt hər bir ailə üzvünü özünü digər ailə üzvünün yerində təsəvvür etməsi və öz hərəkətlərinə başqasının gözü ilə baxmasını təklif edir. Bəzən belə münasibət səviyyəsində ailə konflikti yaradan bir çox daxili səbəblər (şüuraltı amillər də daxil olmaqla) aşkar olunur və ailədaxili münasibətləri normal məcraya yönəltmək mümkün olur.

  • Struktur model.Bu model ailəni bir-biri ilə sıx şəkildə qarşılıqlı əlaqədə və təsirdə olan bir sistem kimi qəbul edir və bir sıra tələblərə əsaslanır:

    • ailə üzvləri arasında barışmaz, antoqonist deyil, mənəvi yaxınlığın bərpa edilməsi;

    • ailənin yaşlı üzvlərinin azyaşlılara qayğı, azyaşlıların isə yaşlı ailə üzvlərinə hörmətlə yanaşmasını təmin etmək;

    • ailədə valideyn-övlad münasibətlərinin ən yaxşı ailə ənənələri əsasında qurulmasına nail olmaq;

    • ailə üzvlərində bir-birinə güzəştə gedə bilmək qabiliyyətini formalaşdırmaq.

    1. Ümumi sistem modeli.“Ümumi sistem” adlandırılan psixoterapevtik modelin başlıca şərti ailə daxilində hər bir ailə üzvünün öz mövqeyini bilməsi və buna uyğun rol davranışına əməl etməsidir. Bu model ailədəki bütün uğursuzluqların mənbəyi kimi baş verən konfliktlərin təqsirləndirilməsini rədd edir.“Səbəbsiz nəticə olmur” fikrini əsas götürən ümumi sistem modeli ailəni sıx qarşılıqlı əlaqədə olan, münasibətlərin çulğalaşdığı sistem hesab edir və ailədə xoş əhvali-ruhiyyə, səmimi qarşılıqlı münasibətlər yaratmaq üçün bütün ailə üzvlərinin cavabdeh olmasını əsas tələb kimi irəli sürür.

    2. Ailə psixoterapiyasında geniş yayılmış modellərdən biri də nikah terapiyasıdır.Bu terapiyada ər-arvad cütlüyü arasınmda meydana gələn konfliktlərin nəticəsində tərəflərdən birinin vəziyyətinin kəskin pisləşməsi və potensial boşanmaq təhlükəsinin meydana çıxması zamanı istifadə olunur.Ailədə ər-arvad münasibətlərinin möhkəm təməl üzərində qurulması ailə xoşbəxtliyinin əsas şərtidir. Nikahda onların hər biri öz vəzifələrini düzgün başa düşməli, qarşılıqlı münasibətlərin qorunması üçün bir-birinə güzəştə getməli, səbriilik və dözümlülük göstərməli, bir-birilərinə hörmət və qayğıkeşliklə yanaşmalıdırlar. Ailə problemlərini aradan qaidırmaq iiçün psixoterapevtik iş aparan psixoloq aiiənin işinə yersiz müdaxilədən çəkinməli, ər-arvadın şəxsi-intim münasibətlərindən irəli gələn problemlərə həssas yanaşmalı və bu mövzuya yalnız onların razılığı ilə müdaxilə etməlidir.

    Nikah terapiyasından adətən, aşağıdakı hallarda istifadə olunur:

    1. Fərdi terapiya nikah problemlərini aradan qaldıra bilmədikdə;

    2. Ailədəki psixoloji pozuntu nikah problemi ilə bağlı olduqda;

    3. Nikahda olan cütlüklər öz problemlərini psixoterapevtin yardımı ilə aradan qaldırmaq təşəbbüsündə olduqda;

    Müasir ailə psixoterapiyasında nikah terapiyası geniş yayılmış formalardan biridir. Nikah terapiyası bir neçə metodla həyata keçirilir.

    1. Analitik metod. Psixoanalitik yanaşmaya əsaslanan bu üsulun əsas mahiyyətini ailədə ər-arvad münaqişələrinin aradan qaldırılmasında şüuraltı proseslərin təsir rolunun araşdırılması və bu məqsədlə psixoanalitik terapiyaya üstünlük verilməsi təşkil edir.Görkəmli psixoanalitik Z.Freydin təliminə istinad edən psixoanalitik yanaşmaya görə, hər kəs nikah üçün tərəfdaş seçərkən özündə çatışmayan cəhətləri nikah vasitəsilə kompensasiya etməyə çalışır. Ailə həyatında birgə yaşayış şəraitində bu təlabat təmin olunmadıqda, nikahda olanlarda xəyal qırıqlığı və bundan asılı olaraq konfliktlər yaranır. Bu cəhəti nəzərə alaraq ailə psixoterapevti nikahın qorunması naminə nikahda olan ər-arvada kömək etməyə, yaranmış münaqişəni başqa müsbət xüsusiyyətlər hesabına neyterallaşdırmağa çalışır.

    2. Güzəşt metodu. Ailə cütlükləri kimi münaqişədə olan ər-arvadla aparılan psixoterapiya zamanı psixoterapevt hər iki tərəfin irəli sürdüyü mübahisə doğuran arqumentləri təmkinlə dinləməli, təhlil etməli, konfliktləri neyterallaşdırmaq üçün güzəştə getmək, barışıq variantları tapmağa çahşmalıdır.

    3. Davranış metodu. Ailə psixoterapiyasında səmərəli metodlardan biri hesab edilən bu metod nisbətən sadə metoddur. Davranış metodu üzrə iş aparan psixoterapevt ilk növbədə ər-arvad və ya digər ailə üzvləri arasında yaranan konfliktin səbəblərini müəyyən edir. Sonra münaqişədə olan tərəflərə barışıq yarada biləcək təkliflər söyləyir.Təkliflər konkret xarakterli olmalıdır. Məsələn, ər təklif edə bilər ki, xanımı ondan icazəsiz anasıgilə getməsin. Psixoterapevt tərəfləri qane edən ortaq razılaşmaya gətirib çıxaracaq təkliflər irəli sürməlidir. Psixoterapevtin vəzifəsi tərəfləri razı salan təkliflərə tərəfdar çıxmaq və gələcəkdə baş verə biləcək yersiz münaqişələrin qarşısını almaq üçün məsləhətlər verməkdir.

    Konfliktlər və onların səbəbləri çox müxtəlif olduğundan onlardan universal çıxış yolu yoxdur. Lakin münaqişəli vəziyyətdən bəzi çıxış yolları mövcuddur. Pedaqoji-psixoloji ədəbiyyata aşağıdakı çıxış yolları qeyd edilir:

    1. Rəqabət — (konfrontasiya) metodu — konfliktlərdə üstünlük əldə etmək cəhdidir. Son nəticədə bir rəqibin digəri üzərində üstünlüyünə gətirib çıxara bilər (bu halda nüfuzlu, özünə inamlı, qələbəyə ümidli və təkidli tərəf qalib çıxır).

    2. Yayınma metodu — tərəflərdən birinin problemə əhəmiyyət verməməsi və ondan yayınması deməkdir (qalib çıxmaq şansı olmayan, əlavə vaxta və köməyə ehtiyac duyan, vəziyyəti qəlizləşdirmək istəməyən tərəf konfliktlərdən yayınır).

    3. Uyğunlaşma metodu — tərəflərdən birinin vəziyyətə uyğunlaşması və konliktlərdən çəkinməsi deməkdir (işin nəticəsini özü üçün çox da vacib saymayan, münasibəti korlamaq istəməyən tərəf digər tərəfin mövqeyinə uyğunlaşır).

    4. Əməkdaşlıq metodu — hər iki tərəfin münaqişəsinin əsl səbəblərini yaxşı dərk etməsi, gələcək konfliktlərdən çəkinməsi və ümumi məqsəd üçün birgə çalışması deməkdir (bu zaman hər iki konflikt tərəfində qaliblik hissi baş qaldırır).

    5. Qarşılıqlı güzəşt (kompromis) metodu — konfliktə cəlb olunmuş tərəflər problemi qarşılıqlı güzəşt, kompromis əsasında onun həlli ilə bağlı razılığa (konsensusa) gəlir. Bu halda tərəflərin ortaq marağını — maraqların üst-üstə düşdüyü sahəni (sahələri) tapmaq əsas şərtdir. Bu strategiya bir-birinə zidd maraqları olmayan və böyük itkilər vermək istəməyən tərəflər arasında mümkündür).

    6. Vasitəçilik (mediasiya) metodu — problemi həll etmək üçün tərəflərə üçüncü tərəfin köməyidir. Vasitəçi(lər) mövcud olan anlaşılmazlıqları və çətinlikləri ayırd edir, münaqişə vəziyyətini onlara izah edir, tərəflərə təklif və məsləhətlər verir. Vasitəçilər obyektiv və bitərəf olmalı, heç bir tərəfin maraqları mövqeyindən çıxış etməməlidirlər.Vasitəçiliyin 3 əsas prinsipi vardır: qərəzsizlik, könüllülük, məxfilik.

    • Vasitəçilik o zaman olur ki, hər iki tərəf danışıqlar aparmağa və razılığa gəlməyə hazırdır. Vasitəçilər tərəflərin sərbəst danışmasına şərait yaratmalı (kənar ərazidə), günahkar axtarmamalı, konfliktin düzgün həllinə və mövqelərin yaxmlaşmasına çalışmalıdırlar.

    Konfliktlərin göstərilən həlli yollarından əməkdaşlıq ən məqsədəuyğun (konstruktiv) variantdır: çünki o, konliktdə iştirak edən bütün tərəflərin maraqlarını nəzərə almağı təmin edir və hər iki tərəfə fayda gətirir.A.N.Leontyevin sözləri ilə desək, insan «əsl insani xassələrə və qabiliyyətlərə» ancaq mədəniyyətin mənimsənilməsi nəticəsində yiyələnir. Cinsi münasibət mədəniyyətinə ümumi mədəniyyətin mühüm tərkib hissələrindən biri kimi yanaşmaq və onu məhz bu kontekstdə izah etmək lazımdır. Cinsi mədəniyyət bütün aydınlığı ilə insan münasibətləri sahəsində, həm də sadəcə olaraq ərin arvada və ya arvadın ərə münasibətində deyil, «kişi-qadın» tipli münasibətlərdə təzahür edir.Bu, baxım dan hisslər, ünsiyyət, davranış, nitq, iradə mədəniyyəti və s. əhəmiyyətini, bunlarla əlaqədar olaraq kişi və qadına verilən tələbləri, kişi və qadın mədəniyyətinin özünəməxsus çalarlarını xüsusi qeyd etmək lazımdır. Hər bir ailə təkrar olunmazdır. Ailə xidməti üçün bu fakt prinsipial əhəmiyyətə malikdir.Həmin xidmət hər bir konkret ailəyə və onun ayrı-ayrı üzvlərinə fərdi yanaşır, geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsini şərtləndirən sosial-psixoloji səbəbləri müəyyən edib aradan qaldırır.
    Virginia Satir ailə terapiyası modeli. Virginia Satir kimdir? 1916-1988 ci illərdə yaşamışdır. Ailədə beş uşaqdan ən böyüyü olmuşdur. Ailəsində ana və atası daim mübahisələr edir və Virginia bunlara şahid olurdu. Dünyanı dəyişdirmək üçün ailəni dəyişdirmək lazımdır.
    Ailə terapiyasının məqsədi? Funksional ailə sistemi.

    • Ailə fərdləri arasında sevgi, qayğı və istilik vardır;

    • Ailə üzvləri empatiya qurur, güvənilir və bir birilərinə qarşı açıqdırlar;

    • Ailə fərdləri hər bir üzvünü şəxsiyyət olduğunu anlar və düşüncələrinə hörmət edirlər;

    • Ortaq qərara gəlinib gəlinməsə belə dürüstlük vardır;

    • Ailə fərdləri birbaşa ünsiyyətə girirlər;

    • Ailə fərdləri öz dəyərlərini bilir və ona paylaşır.

    Zaman insanın qarşılıqlı təsirinin təbiətini və bu qarşılıqlı əlaqələrin transformasiyasının açarıdır. Satirə görə 3 ehtimaldan yaranan dəyişmə vardır.

    • Həyatda qalma ehtiyaclarından başlayan dəyişmə;

    • Ümidlə başlayan dəyişim;

    • Hazırki vəziyyəti dərk edərək başlayan dəyişmə.

    Dəyişim 5 mərhələdə baş verir.

    • dəyişməyə səbəb tapma;

    • Dəyişilmək istəyinə və ya ehtiyacına icazə vermək;

    • Qarışıqlıq mərhələsi;

    • Yeni ilə bütünləşmə mərhələsi;

    • Əməl etmə.

    Köməkçi vasitələr.

    • birbaşa tədris;

    • ailə xəritələrinin istifadəsi;

    • ailə xronologiyası;

    • ailə ünsiyyət bacarıqlarını öyrətmək;

    • mandala;

    • ailə heykəltəraşlıq;

    • modelləşdirmə;

    • yenidən qurma, ailənin yenidən təşkil edilməsi;

    • əlaqələrin anatomiyası;

    • triadic artım təcrübələrini yetişdirmək;

    • kommunikativ oyunlar, metaforlar;

    • habelə dinləmə bacarığı, əlaqə bacarıqları, ünsiyyət bacarıqları, ev tapşırığı.

    Satirin modelində terapistin rolu. 4 rolu vardır :
    özgüvəni artırmaq;
    daha yaxşı seçimlər etməyə yönlədirmək;
    məsuliyyəti artırmaq;
    arada uyğunluq tapmaq inkişaf etdirmək.
    Bunlar həmçinin terapevtin özünü inkişaf etdirməsi üçün də vacibdir.

    Yüklə 167,82 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   18   19   20   21   22   23   24   25   ...   37




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin