Suisidal davranışın bioloji aspektləri. Artıq çoxdan məlumdur ki, suisidlər bir ailənin üzvlərini nəsildən – nəslə bir bəla kimi izləyə bilir. Bəzi tədqiqatçıların fikrincə, intihar etmiş şəxslə yaxın qohumluğu olanlar arasında suisidal risk 4 dəfə artıqdır. Ailədəki suisidlərin tədqiqi davranışla və ya irsən keçən xüsusi bioloji mexanizmlərlə bağlı olub – olmaması alimlər üçün mühüm əhəmiyyət kəsb edir. Suisidal davranışla əlaqədar olan bəzi psixi xəstəliklərdə (depressiya, şizofreniya, alkoqolizm və s.) irsi meylin müəyyənləşdirilməsi genetik hipotezi qismən təsdiq etdi. Danimarkada aparılan tədqiqatlarda himayəyə götürmüş ailədə böyümüş və intihar etmiş 57 nəfər öyrənilərkən məlum olmuşdur ki onların 12-nin bioloji qohumları intihar əməli yerinə yetirmişdir. Digər tədqiqatda göstərilir ki, monoziqot əkizlər diziqot əkizlərə nisbətən daha çox intihar edir. Alimlər dini icma nümayəndələri arasında maraqlı tədqiqatlar aparılmışdır. Onlar bir neçə yüzillik ərzində sivilizasiyadan təcrid olunmuş şəkildə yaşayır,nətural təsərrüfatla məşğul olur, yalnız öz icma üzvləri arasında nigah bağlayır, alkoqol və narkotiklərdən istifadə etmir, kasıblıq və işsizliyin nə olduğunu bilmir, qocaları qayğı ilə əhatə edirlər. Bununla belə son 100 il ərzində intihar etmiş 26 nəfərdə ümumi nəsil şəcərəsi aşkar olunmuşdur.
Genetik faktorlardan savayı mərkəzi sinir sistemində impulsların ötürülməsinə cavabdeh olan metobolitlərin rolu da fəal öyrənilir. Hal-hazırda suisidal əməllər törətmiş şəxslərin onurğa beyni maddəsində serotoninin 5 –hidroksi –indolaset turşusi metabolitlərin azalması müəyyən olunmuşdur. Həmçinin, onurğa beyni mayesində dofaminin metaboliti olan homovanil turşusunun miqdarının suisidentlərdə adi şəxslərlə müqayisədə demək olar ki, 50% enməsi qeyd olunmuşdur.
Nəhayət, suisudal davranış modellərinin heyvanlar üzərində öyrənilməsi cəhdləri də məlumdur. Heyvanlar aləminin müxtəlif nümayəndələrində, bəzi quşlar, balinalar, meymunlarda autoaqressiyanın müxtəlif formalarına rast gəlinir. Lakin bu faktların insanların suisidal davranışı ilə müqayisəsi məqbul hesab edilə bilməz.