Mövzu 4. Təşkilati münaqişələr xidməti
Təşkilati münaqişə xidməti dedikdə adətən təşkilatlarda baş verən və onun spesifik xüsusiyyətləri, struktur tərkibi, digər təşkilatlarla qarşılıqlı əlaqələri ilə əlaqədar olan münaqişə nəzərdə, tutulur.
Təşkilat daxilində baş verən münaqişəni aşağıdakı kimi qeyd etmək məqsədəuyğundur:
-Əhali özləri ilə işə ailə münaqişələrini gətirə bilər.
-Münaqişəni yerli vasitələrlə, təşkilatlarda aradan qaldırmaq cəhdləri həyata keçirilir.
Müasir təşkilatda baş verən münaqişə idarəedici fikir tarixində müxtəlif şərhə malik olmuşdur. Elmi menecment məktəbi və nəzəriyyəçiləri münaqişəni təşkilat üçün xoşagəlməz bir hadisə kimi nəzərdən keçirmişlər. Hər hansı bir münaqişənin baş verməməsinə çalışmaq lazımdır. Odur ki, münaqişənin yaranmasına şərait yaradan problemlərin aradan qaldırılması yolları araşdırılır vəöz həlli yolları müəyyən edilir.
Ümumiyyətlə, münaqişədən qaçmaq lazımdır. Təşkilat daxilində başverən ziddiyyətləri aradan qaldırmalı,münaqişəni təşkilatın qeyri-səmərəli fəaliyyətinin mənfi idarə sisteminin ünsürü hesab edilir.təşkilatda qarşılıqlı münasibətlərin yaxşı olması münaqişənin yaranmasının qarşısını alır.
Müasir nöqteyi-nəzər ondan ibarətdir ki, səmərəli idarə sisteminə malik təşkilatlardabelə münaqişələrin baş verməməsi mümkündür. Bu,təşkilatın məqsədyönlü işi ilə əlaqədardır. Münaqişə hərbir zaman müsbət xarakter daşımır. Bəzi hallarda o, konkret bir insanın tələbatlarının ödənilməsinə və təşkilatın məqsədlərinə və təşkilatın məqsədlərinə nail olunmasına maneə yarada bilər.bəzən kollektiv xoşagəlməz hadisələrin baş verməməsivə münaqişəli şəxsi sakitləşdirmək üçün əvvəlcədən səhv qərar qəbul edərək bir insanın dediyi ilə razılaşmalı olur.
Bir çox hallarda münaqişə fikirlərin fərqlərini üzə çıxarmaqda yaradıcı olur, əlavə məlumatverir, alternativ və problemlərin əksəriyyətini açmağa imkan verir. Bu qərarların qəbul edilməsi prosesini daha da effektli edir, əhaliyə öz fikirlərini söyləməyə və bununla da tələbatlarını ödəməyəimkan verir.
Beləliklə, təşkilati uyğunsuzluqlar münaqişəli vəziyyətlərə və münaqişələrə gətirib çıxarır. Eyni zamanda münaqişələrdən yaxa qurtarmaq istəyir. Həm münaqişələrin özünü, həm də onun yaranma təhlükəsini ayrı-ayrı uyğunsuzluqların ləğv edilmə vasitəsinə çevrilir. Təşkilati münaqişələrin ən azı bir hissəsinin pozitiv rolu bundan ibarətdir.
Münaqişələrin əsas mənbəyi formal və qeyri-formal əlaqələr ziddiyyətlər adlanır. Təşkilati münaqişələrin konkret səbəbləri aşağıdakılardan ibarətdir.
1.Əhali tərəfindən işlənib hazırlanması səbəbindən qaydaların qeyri-dəqiqliyi. Münaqişələr təşkilatın işinin effektivliyini azaldır,onun strukturunu pozur.
2.Münaqişə təşkilatlarda konstruktiv rol oynayır və ən yaxşı qərarın qəbul edilməsi, qarşılıqlı nəzarət vəs. məqsədilə yaradıla bilər. Lakin o, əhali arasında münaqişəyə çevrilə bilər və öz səmərəsini itirə bilər.
3.Subyektiv xaraker daşıyan bir sıra səbəblər vardır:
a)Təşkilati-idarəedici funksiyaları yerinə yetirilməsi və ya pozulması ilə əsaslanan nöqsanları;
b)Hüquqi-qanunların,hüquqların, maliyyə qaydalarının yalnız rəhbər tərəfindən deyil, həmdə kollektivin üzvləri tərəfindən də pozulması;
c)Psixoloji-psixoloji uyğunsuzluq, yalnız fikrə əsaslanan neqativ qayda.
Münaqişə nəzəriyyəsi ənənəvi olaraq tərəflərin iddialarının uyğunsuzluğunu münaqişənin universal mənbəyi hesab edir vəonların həyata keçirilməsiimkanları məhduddur.
Konfliktoloq M.Doyç münaqişəsinin gedişatında öz təsirini göstərən aşağıdakı sosial-psixoloji şərtləri qeyd etmişdir:
1.Münaqişədəolan tələblərin xüsusiyyətləri:
Onuncəhd vəməqsədləri üzrə sosial imkanları, münaqişə haqqında təsəvvürləri.
2.Tərəflərin münaqişədən əvvəlki münasibətləri: formalaşmış qaydalar, əqidə və ümüdlər, tərəflərin bir-birinin fiziki barəsində təsəvvürləri.
3.Münaqişəyə səbəb olan mərkəzi problem:
Onun yaranmasının miqyası, tezliyi, kəskinliyi,problemin dərk olunması.
4.Münaqişənin gedişatının sosial sahəsi: imkanlar, məhdudiyyətlər, əlverişli şərait, əngəllər və onların münaqişənin tənzimlənməsinə təsiri olur. Münaqişənin tənzimlənməsinin ictimai normalarının vəistifadə formalarının xüsusiyyətləri.
5.Münaqişədə marağı olan müşahidəçilər: onların münaqişədə olan tərəflərlə vəbir-birilə münasibətləri, onların xüsusiyyətləri, münaqişənin gedişatına təsir vasitələri(hədələr).
6.Münaqişədə olan tərəflərin istifadə etdiyi strategiya və taktika: qarşı tərəfin təsəvvürlərinə təsiri, pozitiv və neqativ stimulların tətbiqi (vədlər, mükafatlar, cəza), qərarların qəbul edilməsində aşkarlıq və inam mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |