Mövzu 5. Təşkilatlarda münaqişələrin aradan qaldırılması
Müasir mərhələdə münaqişənin nəticələri iştirakçılar və digər maraqlı tərəflər üçün müxtəlif olur. Bu hər bir tərəf üçün uduş və itgi ola bilər.
Təşkilatlarda münaqişələrin aradan qaldırılması adətən onun mərhələlri qeyd edilir.
Münaqişə dinamikası üç mərhələdən ibarətdir: münaqişədən əvvəlki, münaqişə və münaqişədən sonrakı mərhələ.
Münaqişənin ilkin mərhələsində şəxslər arasında və qrupdaxili münasibətlər sistemində ziddiyyətlərin toplanması və kəskinləşməsi ilə xarakterizə edilir. İlk növbədə bunun səbəbi münaqişədə olanların maraqlarının kəskin şəkildə fərqlənməsidir. Yaranmış sosial gərginlik normal insani münasibətlərə maneə yaradan və münaqişəli maraqların işgüzar münasibətlərdən şəxsi münasibətlərə keçirilməsinə yardım edən psixoloji maneələri və neqativ tipləri təsdiq edir.
Münaqişənin ikinci mərhələsi iki fazaya bölünür:
1. insanlar arasında münasibətlər neqativ emosiyalar, qərəzli “düşmən timsalında”. Özünü biruzə verən aşkar düşmənçilik kimi göstərir.
2. tərəflərdən biri münaqişəli ziddiyyəti həll etmək məqsədilə öz rəqibinə qarşı hücuma keçir, lakin bunu aşkar qarşıdurma vasitəsilə edir. Qarşıdurma aşkar və ya gizli təcavüz formasını alır.
Kütləvi münaqişələr zamanı bu tətil, sabotaj, açıq aksiya və s. ola bilər.
Münaqişənin üçüncü mərhələsi bir neçə fazaya malikdir. Bu münaqişənin normalaşdırılması və aradan qaldırılması məsələləri qeyd edilir. Belə hallar zamanı tərəflərdən birinin qələbəsi, digərinin isə ziyana düşmüşdür. Münaqişə subyektləri öz ehtiyatlarını elə bir səviyyədə bitirir ki, özündən asılı olmayaraq kompromis öz aralarında və ya üçüncü tərəfin köməyi ilə danışıqların zərurəti haqda fikrə gəlməlidirlər. Lakin onların arasında bir-birlərinə qarşı edilmiş pisliklər qalır. Stresin neytrallaşdırılması üçün bəzi profilaktik tədbirlər görmək lazımdır.
Onu qeyd etmək lazımdır ki, təşkilatda qruplar arasında baş verən menaqişələr dedikdə sənaye müəssisələri nəzərdə tutulur. Belə olduğu halda münaqişə aparan qruplar müəyyən tərzdə təşkil edilmişdir. Bu əsasən qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərmişdir. Belə münaqişələr təşkilatda baş verən qruplar arası toqquşmaları tam olaraq istisna etmir.
Qruplar arasında baş verən münaqişələr məxfi xarakter daşıyır. Belə ki, müəssisə rəhbərliyinin onlara qarşı ədalətsiz davrandığı hesab edilən işçi briqadası qeyri-formal lider ətrafında birləşə bilər.
Belə hallar olur ki, təşkilat daxilində rəqabət aparan qruplar yaranır. Onların mübahisəsinin predmeti rəhbərliyə və qərarların qəbul edilməsi prosesinə təsir edə bilər. Bəzi hallarda belə mübahisələr aşkar qarşıdurmaya gətirib çıxarır.
Müasir mərhələdə şəxslə qrup arasında baş verən münaqişə konkret bir şəxs tərəfindən qrup normalarının pozulması misalı üzərində qurulması ola bilər. Belə bir misal göstərək: təhsil alan qrup yoxlama işinə hazırlaşmamışdır. Yalnız bir nəfər tapşırıqların yerinə yetirilməsinə hazır idi. Bu səbəbdən də əla qiymətlə qiymətləndirilmişdir. Bu vəziyyət qrupla şəxs arasında münaqişəyə səbəb ola bilər.
Cəmiyyətdə şəxslər arasında baş verən münaqişə - təşkilatda baş verən ən geniş yayılmış münaqişədir. Şəxslər arasında olan münaqışələr, həm də şəxslərin qarşıdurması kimi də özünü göstərə bilər. Müxtəlif xarakterlərə, baxışlara və dəyərlərə malik insanlar bir-birilə normal münasibətlər saxlaya bilmir.
Təşkilatda baş verən bütün münaqişələr iki növə bölünür: şaquli və maili münaqişələr. Maili münaqişələr əməkdaşların bir-birinin tabeliyində olmadıqları zaman baş verir. Şaquli münaqişələrə təşkilatlarda tez-tez rast gəlinir (tədqiqatlara əsasən 70-80%-ə qədər).
Dostları ilə paylaş: |